Puan vermedi·96 syf.····Okunma: 21 Haziran 2024 01:19 Öz idealını haqlı və üstün çıxarmaq üçün, başqasının idealını küçümsəyəndən daha aşağısı varmı? Günümüz “laik” insanının keçmişdəki təzahürü Oqtayla qarşımıza çıxır. Həqiqətən Eloğlu olmaq demək nədir? Milləti fikirləşmək yoxsa onlar üçün nəsə etmək? Mən də bugün topluma çıxıb, sənətlə məşğul olun deyib özümü parçalasam Eloğlu sayılarammı? Məsələ daha dərindir. Teatra insanları getməməyə itən nədir? Millətin başını qarışdırsan əsas problemə “mühit özü sizdən intiqam alacaqdır,” deyib millətin üstünə düşmək məncə ucuz bir qorxudan başqa heç nə deyil. Bir yandan yaxşıdır, qorxsa da yazır, digər yandan da qorxduğundan qaçır. Cəlil Məmmədquluzadənin fikirlərini ifadə ediş şəkli, Cabbarlıdan daha cəsurca olması aşikardır. Bir dəfəsində Pınar Deniz adlı birisi ən yaxşı qadın aktyor ünvanını qazandıqda belə bir cümlə işlətmişdi: “Dostuma bunları dedim, mən bu dünyanı qurtarmalı, insanlara kömək etməli və onlara toxunmalıyam.” Sonrasında isə bir nəfər twitter-da bu videoya məşhur bir sitat girmişdi.
“Dünyanı qurtarmaq istəyənlər, onun hər zaman daha da pisə getməsinə yol açanlardır.”