Gönderi

Məxzənül-əsrar
10/10
·264 syf.··
Beğendi
·
2024 10. kitabı
·
59 günde okudu
·
Okunma: 07 Temmuz 2024 17:34
Sirlər Xəzinəsi XII əsrdə yaşayıb yaratmış, dünyaca məşhur, ədəbiyyat tariximizin tanınmış simalarından olan, ədəbiyyatımıza çox böyük və qiymətli qatqıları olan Nizami Gəncəvi -nin ilk iri həcmli əsəridir. Hər sətrindən daha çox zövq alaraq oxuduğum bu kitab dərin mənası, verdiyi nəsihətlərlə məni heyran etdi. Nizami Gəncəvi -nin kitaba ilk "Bismillahir-rəhmanir-rəhim"-lə başlaması qəlbimi fəth etdi. Gerisini oxumasaydım belə 10xala ordan layiq oldu mənim üçün. Cümlələrin necə incəliklə seçilməsinimi desəm, qafiyələrin bir-birinə uyğunluğunumu desəm, verdiyi nəsihətlərimi desəm... Hər ayrıntısıyla möhtəşəmdir. Kitabın əvvəllərində İslamdan, Hz. Peyğəmbərimizdən(s.a.v) bəhs edilir, daha sonra sevgidən, doğruluqdan, düzlükdən vəs. bəhs edilir. Daha sonra söhbətlər başlayır.Həmin söhbətlərin bəziləri orta məktəb ədəbiyyat dərsliklərindən tanış idi.Oxuduqca məktəb illərimə qayıtdım.Söhbətlərdə şair dövrünün aktual problemlərinə toxunur və bu söhbətlərdə çox dəyərli nəsihətlər vardır. Əlbəttəki tövsiyyəm kitabı sadəcə oxumaq yox anlamağa çalışmaqdır. Mən "Lider" nəşriyyat yayınlarından oxudum və oxuyub bitirdikdən sonra kitabın sonunda şeirlərin açıqlamasının olduğunu gördüm. Əvvəlcədən fikir versəydim anlamağım daha asan olardı. Kitabda bu ayrıntını çox sevdim. Anlamaqda çətinlik çəkənlər üçün çox incə bir davranışdır. Oxumağı bütün kitabsevərlərə tövsiyyə edirəm. Əminəmki zövq alacaqsınız. Xoş mütaliələr
Şiir
Sirlər XəzinəsiNizami Gəncəvi · Lider Nəşriyyatı · 2004332 okunma
·
54 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.