Gönderi

İslam!
10/10
·208 syf.··
Beğendi
·
2024 12. kitabı
·
15 günde okudu
·
Okunma: 22 Temmuz 2024 23:31
Kitabın 47ci səhifəsindəyəm. Oxuduqlarım o qədər təsir etdiki fikirlərimi tez bir zamanda paylaşmaq istədim. Hər cümləni oxuduqca daha çox utandım. Nədənmi? Ətrafımdan utanıram, yaşadığım dövrdən utanıram... Elə insanlar, elə hadisələr görürəmki həqiətən utanıram. Allahım biz sənin qarşına necə çıxacağıq, etdiklərimizin hesabını necə verəcəyik? Bəlkədə yazacaqlarım üçün qınanacam amma izah edəcəm artıq anlamaq istəyən anlayar. Nəzərdə tutduqlarım hər kəsə aid deyil əlbəttəki əxlaqını qoruyan insanlar çoxdur Allah saylarını artırsın İnşallah. İnsanlar müasirləşməklə əxlaqsızlığı səhv salıblar. Sosial medyaya baxılası deyil. Yarı çılpaq qadınlar, yoldaşlarıyla, sevgililəriylə aralarında olan şəxsi, məhrəm münasibətləri paylaşanlar, söyüş söyənlər, lgbt üzvləri(onları vücudlarında olan problemlərə görə qınamıram sadəcə o problemlə başa çıxmaq əvəsinə ondan istifadə edərək insanlara pis örnək olmalarını qınayıram). Həqiqətən bu dövr üçün gözlərini zinadan qorumağı bacaranlar çox dəyərlidirlər. Bunlara yol açanlar kimlərdir? Saylarını artıran, məşhur edən kimlərdir? Bəli bizlər... Sırf bir neçə dəqiqə gülüb, əylənəcəyik deyə məşhur edirik onları. Müasirlik budurmu? Mən müasirliyi elm və texnikanın inkişafında, yeni kəşflərdə, tibbin inkişafında vəs. görürəm. Tez-tez qarşıma çıxan paylaşımlardan biridə "avropada marsa uçurlar(robot yaradırlar, tibb inkişaf edir...) müsəlmanlar təsəttür, dəstəmaz, namaz vəs. söhbəti aparırlar hələdə. Cahillik görürlər inancımızı və bir çox islamdan xəbəri olmayan müsəlmanlarda onlara haqq qazandırır, dediklərini bir növ təsdiq edirlər. Qeyd edimki müsəlmanların elə bir dövrü var idiki müasir elmin bir çox əsaslarını məhz onlar qoymuşlar. Tarixini araştıran əlbəttəki bunları bilir. Ancaq indi yoxdur. Çünki indi müsəlmanlar çoxdur amma İslamı yaşayan yoxdur. Bizim tariximizdə 100lərlə alim şəxsiyyətlər var ancaq indi yoxdur. Bir özünüz düşünün o dövrdə İslam daha dərin, daha məhəbbətlə yaşanırdı. Sizcə problem İslamdadır yoxsa bizlərdə? Ən sadə nümunə Hz. Məhəmməd s.a.v və Hz. Aişə anamızın evlilik yaşları. Son günlərin ən aktual probleminə çevrilib. Niyə problemdir çünki insanlar tarixi, insan vücudunun zamandan və məkandan asılı olaraq müxtəlif cür inkişafını araşdırmırlar, sadəcə bir nəfər bir iki elmi cümlə dedi, gözəl nitqlə danışdı, bir iki filosof, alim adı saydı, sitatlar gətirdi deməli düz deyir.Çox yox 100il əvvələ gedin neçə yaşında evlənirdi nənələriniz, babalarınız? Şahlar, hökümdarlar neçə yaşında taxta çıxırdı, dövlət, imperatorluq idarə edirdi? Əgər tarixə gedirsinizsə tam gedin də. (Əlbəttəki o evlilik yaşının tərəfdarı deyiləm amma baxır hansı dövr hansı mühit üçün. Bu dövrün, bu iqlimin 9yaşlı uşağı ilə 1400il əvvəlin 9yaşlısını müqayisə etməyin. İndiki dövr üçün 20yaş belə evlilik üçün tez olarkən o dövrdə 9yaş normal idi. İnanınki normal olmasaydı müşriklər, kafirlər bu mövzunu sizə saxlamazdılar. Həmin an irad bildirərdilər) Oyanın ey insanlar, açın gözlərinizi! Məhz bu cahilliyinizə görə öz biabrçılıqlarını örtmək üçün, aranıza qırğın salmaq üçün dininizə hücum edirlər. Sizin az bir biliyiniz olsa heç kəs cürət etməz dininizə söz deməyə. Dininizə qarşı qoyulan hər iddiada dindən çıxacaq qədərmi imanınız zəifdir? Öz fikrinizi yürüdə bilməyəcək qədərmi acizsiniz? Sırf bir müsəlman səhv etdi, yanlış söz dedi deyə İslamı yanlış hesab edirsiz. Olarmı belə? Bu evlilik mövzusu ilə bağlı çox danışmaq istəmirəm."Bir delille kırk alimi yendim...Kırk delille bir cahili yenemedim..."(Hz. Mevlana) Sadəcə Halil Konakçı xocamızın şərhi deyib susuram ( youtu.be/09Y-nK2WlJA?si=... ). Bizim dinimiz utanılası din deyil unutmayın bunu, Sadəcə dininizi araştırın. Boş verin Yaradıcı varmı yoxmu, İslam haqq dinidirmi ya yox, Məhəmməd peyğəmbər s.a.v necə insan olub vəs vəs. Dininizi araşdırın, video dərslər izləyin, kitab oxuyun. O zaman zatən görəcəksiniz haqq dininin İslam olduğunu. Bilmirəm hansı cümləni işlədimki bu qəflət yuxusundan oyanasınız. Kimlər kimlər gəldi keçdi neçə alim, neçə şair, neçə xocalar onlar edə bilmədisə inanmıram mənim bu 10-15nəfərin görəcəyi şərhimin nəsə bir təsiri ola. Sadəcə yazmaq istədim. İçimdəki səsi bastıra bilmədim. Gözəl bacılarım nə qədər dəyərli olduğunuzu anlamaq istəyirsinizsə bu kitabı mütləq oxuyun. İhsan Şenocakİhsan Şenocak xocamızı yəqinki tanımayan yoxdur. Necə dəyərli bir xoca olduğunu yəqinki bilirsiniz, Allah biliyini qüvvətləndirsin, sözləri ağır gələ bilər amma sonuna qədər haqlıdır. Allah tuttuğu yolda müvəffəq etsin. İslam qadınları dustaq edir, qadınları tapdalayır...deyənlər və bu sözlər qarşısında cavabı olmayan, ağıllarında şübhə qalanlar buyurun oxuyun, araşdırın. Müxtəlif xalqların müxtəlif dövrlərdə qadınlara etdiklərini görün.Hətta İslamdan əvvəl ərəblərdədə qadınlar hörmət görmürdü. Baxın məhz bu biabrçılıqları örtmək üçün "İslamda səhv tapdıq tez ortaya ataq, onsuzda müsəlmanlarında dinlərindən xəbəri yoxdur inanacaqlar" deyirlər. Gözəl qadınlar görün İslam sizi nə gözəl bir mərtəbəyə qaldırıb, Cənnəti ayaqlarınızın altına sərib...
Din
İslam'ın Kızınaİhsan Şenocak · Hüküm Kitap · 20165,2bin okunma
·
136 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.