Gönderi

Puan vermedi·120 syf.··
2024 13. kitabı
“Vicdan azabı.” Bütün hayatım boyunca vicdanım beni rahatsız etti ama yine de benim için bir yoldaştı, perişan halde zevklerimizin tadını çıkarırken iyi günde kötü günde yanımdan ayrılmayan sadık bir eş gibiydi. Bu cümlə heç də özünü yad hiss etdirmədi mənə. Bir uşağın həyatda "günahkar" hissini dadması onun ailə vəziyyəti haqqında dərin məlumat verir. Sanki bütün problem səndə imiş və sən toplumla eyni xüsusiyyətlərə sahib olaraq böyüməlisən. Sənin fərqli olmaq kimi bir seçimin olmamalıdır. -Bax, ailənin digər üzvlərinə onlar bunu necə gözəl bacarırlar? Çoxuşaqlı ailədə böyüyən Osamu Dazai üçün bunun yenilik olduğunu düşünmürəm. - “Toplum”dan kastı neydi acaba? “Toplum derken kendini kastediyorsun, değil mi?” Dazai toplumun fərdlərdən ibarət olduğunu və hər kəsin özünəməxsus fərqliliyə sahib olduğunu bilirdi. Amma biz eyniləşdirməyi və qarşımızdakı insanın gücsüz olduğunu təxmin etməyi seçirik. Baxsanız, tanınmış, müəyyən ad-san qazanmış insanlara kim inanıb ki? Həyatlarında onları dəstəkləyən bir iç motivasiya olmasaydı, onları bəlkə də tanımayacaqdıq. Dazainin də demək istədiyi budur. Özünün rəsm qabiliyyətinin fərqindədir amma heç kəs ona bu bacarığı inkişaf etdirmək imkanı vermir. Hər kəs onun gülməli zarafatları ilə xarakterini xəfifə alır və ondan tanınmış birisi olacağına inamları olmur. Dazainin güldürmək ehtiyacı isə, qəbul olunmaq ehtiyacından gəlirdi. Özünü necə qəbul etdirəcəyini, sosial mühitlərdə özünə necə tapacağını bilmədiyi üçün güldürməyi seçirdi. Amma öz dünyası qaranlıq və soyuq idi. Bu dünyasına da, ondakı dərinliyi, qaranlığı görən insanları daxil edirdi. Və qaranlıqları ölümün işığına doğru yol alırdı. Sizin düşüncələriniz mənə maraqlıdır, sizcə dünyada yaşamaq istəməyən insanlar üçün ölüm bir qurtuluşmudur? Əsəri oxuyarkən beynimin arxan fonunda Goethe'nin Mefistofeli canlanırdı. İnsanın daxilindəki qaranlığı görürdüm. Cinayət və Cəza əsərini sevənlərin bu kitabı rahatlıqla sevəcəyini düşünürəm. Qısa həcmli və içinə çəkən kitabdır. ~Hər kəsə xoş mütailələr.
İnceleme
İnsanlığımı YitirirkenOsamu Dazai · Kapra Yayıncılık · 202360,1bin okunma
·
111 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.