9/10
·437 syf.··
Beğendi
·
2024 14. kitabı
·
5 günde okudu
·
Okunma: 26 Temmuz 2024 17:13
Desəm ki, bir filmi oxuyaraq da izləyə bilərsiz, inanardız? İndiyə qədər oxuduğunuz bütün dedektiv kitabları unudun demirəm, amma mən öz oxuduqlarımı unutdum. Dedektiv janrı tez-tez oxumasam da, bu kitabın süjet xətti və kitabdakı cinayətin təfərrüatlarını açmaq üçün göstərilən addımlar o qədər möhtəşəm və sehrli idi ki, kitabı əldən buraxmaq olmurdu. Kitabın sonuna qədər “Başsız atlı” nın kim olduğunu bilmək az qala maraqdan kitabın sonunu oxumağa məni məcbur edirdi. Həmin şəxsin kim olduğunu biləndən sonra isə içimdə məyusluq, qorxu və təəccüb hissi baş qaldırdı. Xüsusilə, bu kitabın yay aylarında oxunması kitabda baş verən hadisələrin cəngəllikdə və meşədə olması ilə çox səsləşir deyərdim. Dedektiv kitablar haqqında proloq yazarkən çox məlumat vermirəm ki, marağı qaçmasın. Amma bu kitabı mütləq oxuyun.
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0808 okunma
·
229 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Epeyce merak uyandırıcı bir yazı yazmışsın mutlaka okumalıyım :)
Raisa
Gönderi Sahibi
iyi okumalar, abi :)