Cümlə xəyanətlərə bais
10/10
·112 syf.··
2024 10. kitabı
Əvvəla qeyd etmək istədiyim bir məqam var ki, əgər mənim kimi dilinə (osmanlı-türk ləhcəsi və ərəb-fars sözləri) və poetik dram janrında yazılmasına görə kitabı oxumağa tərəddüd edənlər varsa, gözləməsin və oxumağa başlasın. Boş vaxtınız varsa və sakit bir mühitdəsinizsə, ən çoxu 2 saata oxuyub bitirə biləcəksiniz. Hüseyn Cavid bu əsəri 1918-ci ildə yazmışdır. Həmin il Mart Soyqırımı zamanı Bakıda ermənilərin əsarəti altına düşənlər arasında Hüseyn Cavid də var idi və o zaman cəmi 2 nəfər sağ qalmışdı. Onlardan biri Seyid Hüseyn, digəri isə Cavidin özü idi. Əsirlikdən yaxa qurtarandan sonra da elə İblis əsərini yazmağa başlayır. Əsərdə xeyirlə şər arasındakı dərin uçurum oxucuya aydın şəkildə çatdırılır. Xüsusilə də, insan təbiətinin nə qədər qarışıq və anlaşılmaz olduğu gözəl şəkildə vurğulanır. Əsərdə insanlığın əslində nə qədər çirkin, murdar ola biləcəyi göstərilir. Sujet xətti o qədər yaxşı düşünülüb ki, bəzən durub fikirləşirsən ki, İblis burada həqiqətənmi mənfi obrazdır? Zənnimcə, İblis burada sadəcə mənfi obraz kimi, yəni pislik simvolu kimi təsvir olunmur. Eyni zamanda, insanın öz daxili aləmində özü ilə yaşadığı münaqişəni əks etdirən bir ayna kimi təsvir olunur. Yəni, heç bir insan süddən çıxmış ağ qaşıq deyil. Səhvsiz, günahsız insan yoxdur. Əslində başqa bir bucaqla baxsaq, belə çıxır ki, elə bütün bəşəriyyət, insanlıq hamısı iblisdir. Ən sevdiyim məqamlardan biri də elə bu idi: iblisin həm yaxşı, həm də pis davranması, lakin davranışlarının ümumi səbəbinin yenə də fırlanıb gəlib pisliyə, şər əlamətə dayanması. İblisin öz təbiətindən əl çəkməməsi, insanları manipulyasiya edib onları yoldan döndərməyə çalışması və bu çabalarının da verdiyi nəticələr olduqca heyrətamiz, eləcə də düşündürücü idi. Hətta əsərdə bəzi təəccübləndirən məqamlar da var idi ki, onları da sevərək oxuyacağınıza əminəm. Qısacası, həqiqətən çox bəyəndim. Buradan kitabı mənə hədiyyə edən dostuma təşəkkürlər :) Bu arada, əgər maraqlanan varsa Cavidin acı həyatı haqqında çox sevdiyim və bəyənərək izlədiyim bir videoçarx var ki, onu bura əlavə etmək istəyirəm. Xoş izləmələr və mütaliələr. youtu.be/4xqXkccgOeM?si=...
2024 Okuma Raporları
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,100 okunma
·
71 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.