İhsan Şenocak xocam yenə əfsanələr yaratmış. Namazı o qədər gözəl izah etmiş ki oxuyan hər bir müsəlmanı namaza sövq edəcək gücə malikdir. Son zamanlarda namazdan əvvəlki qədər həzz ala bilmirdim, fikrim yayınırdı kitab tam yerinə düşdü. Peyğəmbərimizin (s.a.v) dövründən bu günə namazın insanlara təsirindən, gözəlliyindən bəhs edilir. İnsan Peyğəmbərimizin(s.a.v) və səhabələrin necə həvəslə, hansı çətinliklərə rəğmən namaz qıldıqlarını oxuduqca düşünür. Onların qıldıqları namazdırsa bəs mənimki nədir?
Xocam namazın sadəcə əyilib-qalxmaqdan ibarət olmadığını, insanın ruhunu hüzura qovuşdurduğunu, insanı mənəvi cəhətdən paklaşdırdığını, pisliklərdən qoruduğunu, şeytanın əməlidən uzaqlaşdırdığını çox gözəl şəkildə izah edir. Və oxuduqca dedimki doğrudanda belədir, həqiqətən belə hiss edirəm. İnsana aydınlanma gəlir qıldığı namazla bağlı.
Namazda fikrimizi toparlaya bilməməyimizin əsas səbəblərindən biri oxuduğumuz dua və zikrlərin, hərəkətlərin mənasını bilməməyimizdir deyə düşünürəm. Mən hərəkətlərin mənasını bilirdim ancaq xocam çox dərindən və tam şəkildə izah vermişdir. Məsələn, namaz daxilində dəfələrlə zikr etdiyimiz yetmədi namazı bitirdikdən sonrada zikr etdiyimiz "Allahu Əkbər"in mənasını çox gözəl şəkildə açmışdır. Bizlər sadəcə tərcüməsini bilə bilərik. İhsan Şenocak xoca isə onun tam izahını vermiş və nə üçün" Allahu Əkbər"? sualını çox gözəl şəkildə izah etmişdir. Eyniylə nə üçün Subhanəkə duası, Fatihə surəsi, Tahiyyat, Salam... Hər birini izah etmişdir.
İnsan qıldığı namazdan qafil olduqda həzz ala bilmir və qəlbinə sıxıntı gəldiyi zaman namaz qılan Hz. Peyğəmbərin(s.a.v) ümməti namazdan sıxılmağa başlayır. Bu kitab insanı çox gözəl şəkildə aydınladır və qəflət yuxusundan oyadır.
Oxumağı hər bir müsəlmana məsləhət görürəm. Oxuduqdan sonra namazınızdakı dəyişimi özünüz görəcəksiniz. Allah qılınan bütün namazları qəbul etsin. Amin!
Xoş mütaliələr