Gönderi

ÖLÜLƏR! necә ki, yatıbsınız  yatın!
9/10
·96 syf.··
Beğendi
·
2024 16. kitabı
·
3 günde okudu
·
Okunma: 19 Ağustos 2024 14:41
Kimdir ölülər? Yerin altındakılarmı, üstündəkilərmi? İnsan nə zaman ölür həyata gözünü yumduqdamı, gerçəklərə gözünü yumduqdamı? Ölümmü daha betər, cahillikmi? Cahilliyin səbəbi həqiqətən təhsilsizlikdirmi? Kitabın insana düşündürdükləri bunlardır. Hər dövrün aktual problemi olan cahillik yazar tərəfindən qələmə alınmışdır. Celil MemmedguluzadeCelil Memmedguluzade Ölülər deyərkən kimləri nəzərdə tutmuşdu? Cahil kitab oxumayan deyil, oxuduqlarını anlamayan, nəticə çıxarmayan, gözlərini açmaqdan qaçanlardır. Niyə qaçırlar? Qorxurlarmı, gerçəklərlə üzləşməyə hazır deyillərmi, yoxsa o qəflət yuxusu çoxmu şirindir?. "Ölülər" komediyasında dinlərinə kor-koranə inanan cahil kənd camaatından söz edilir. Bir gün biri gəlir və ölüləri diriltdiyini iddia edir. Kənd camaatı hətta dindarlar belə buna inanırlar və itirdikləri yaxınlarını şeyxdən istəməyə başlayırlar. O qədər istəyirlərki bu uğurda hər şeylərindən hətta namuslarından belə asanlıqla vaz keçirlər. "Şeyx, mən (anamı, atamı, övladımı...) səndən istəyirəm deyirlər. Bu cümlə camaatın dindən, Qurandan necə xəbərsiz olduğunu açıqca göstərir. Celil MemmedguluzadeCelil Memmedguluzade həmin dövrün problemini üstü qapalı şəkildə nəzərə çatdıraraq insanları ayıltmağa çalışıb. Hər dövrün Cəlil Məmmədquluzadələrə ehtiyyacı var. Dəyişən sadəcə zamandır...
Gaflet Uykusu
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,270 okunma
·
59 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.