Gönderi

Kitabın özü kimi çox qısa...
8/10
·31 syf.··
2024 4. kitabı
·
8 saatte okudu
·
Okunma: 22 Ağustos 2024 06:52
Bu kitabla zərif davranın. Çünki həyata qarşı ümidini itirmiş bir atanın son çırpınışlarıdır. Bir ölümə hazırlıq məktubudur. Təsadüfən instagram paylaşımlarını nəzərdən keçirərkən qarşıma bir yazı çıxdı. Dünya ne ise oydu; ben de ne isem o oldum — uyuşamadık. Hepsi bu. Sonra ani qərarla kitabın PDF formatını oxumağa başladım. 35 səhifəlik olan kitabda elə sətirlər var ki, bəzi yazıçıların bir səhifəlik yazısı o qədər vurucu olmur. Valideynlərin ümidsizliyə düçar olması necə də ağır bir haldır. "Zilif" bu ağır və kədərli halı ən təsirli çatdıran kitablardan biridir. Siz bu kitabı oxuduğunuz təqdirdə Oruç Aruoba 'ın intihar etməyi düşündüyü bir gecədə qızı Filizə olan son vəsiyyət və sözləri ilə tanış olacaqsınız. Bütün səhifələrdə təşviq etməyə çalışdığı əsas fikir budur ki, qızı ən gözəl, ən məqsədli və ən sadiq insanlardan biri olsun, amma hər kəs kimi olmağıda unutmasın. Yazıçı üçün ən kədərli tərəfi isə qaçmağa çalışdığı ən başlıca səbəbin bizim qatılaşmış eqomuz olmasıdır. Xoş mütaliələr!
ZilifOruç Aruoba · Sel Yayıncılık · 20172,446 okunma
·
219 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.