Puan vermedi·336 syf.····Okunma: 04 Eylül 2024 17:32 Kitabı almazdan əvvəl çox vaxt onlar barədə rəyləri oxuyuram. İnsanların oxuduqları haqqındakı fikirləri maraqlı gəlir. Amma deyəsən buna son verməliyəm artıq, çünki çoxluğun ortaq qərara gəldiyi düşüncələrlə kitabı oxuduqdan sonra olan düşüncələrim heç vaxt üst-üstə düşmür məndə. Ola bilər o fikirləri səhv çıxartmaq istəyim də var, bilmək olmaz. Nəysə. Demək istədiyim odur ki, çox adam kitabı qorxulu, tük ürpərdirici dərəcədə gərginlik olan, həyəcan verici adlandırmışdı. Heç bir qorxu, narahatlıq və ya başqa hiss keçirmədim kitabı oxuyarkən, oxunulması asan, axıcı kitabdır bu qədər. Kitabın axrına təxminən 20 vərəq qalmış məni maraq bürüdü ki, sonluq necə olacaq, amma heç məmnunluq hissi duya bilmədim. Çox suallarım cavabsız qaldı, bəzi hissələr isə məntiqsiz gəldi. Davam kitabı olduğunu öyrəndim, bəlkə də orda cavablar var, amma bunu oxumağa heç bir hərəs yaratmadı bu ilk kitabı.
Filmi də var Bird box adlı, təbii ki orda dəyişikliklər var, elə ona görə də ancaq 20 dəqiqə dözə bildim. Anlamıram niyə dəyişiblər, bəzi obrazlar yoxdur, bəzilərinin adı dəyişib və s. Öz beynimdə yaratdığımla uyğunlaşmadı deyə baxa bilmədim. Məncə kitabı daha yaxşıdır, hər nə qədər filmini bitirməsəm də belə fikirləşirəm. Çox neqativ oldu bu şərhim amma buna bir məna yükləyib oxumamazlıq etməyin, oxumaq olar, maraqlıdır.10 üzərindən 7 olacaq dərəcədə maraqlıdır hətta.
Ps: Başı dumanlı şəkildə yazmışam bu rəyimi, bəlkə sonradan silərəm.