Əhməd bəy Ağaoğlunu bir dəyər kimi milli mətbuata verdiyi töhfələrdən çox yaxşı tanıyırdım. Bu əsərinin xülasəsi ilə də tanış idim. Yazar Sərbəst İnsanlar Ölkəsi adlı bir utopiyaya səfər edir və gördüklərini yazır. Amma kitabın insanda yaratdığı təsürat bundan qat-qat artıq idi. Bir insan azadlığı yalnız bu qədər sevə, bu qədər vurğunu ola bilər. Yalnız bu halda bütün detallar bu qədər incəliklə təsvir olunar. Kitabda azadlığın şərtləri, yaranması üçün mühit, vacib ünsürlər xırda təfərrüatlarına qədər qeyd olunub. Əsərdə şübhəsiz ən çox sevdiyim hissə "böyüklərə necə sayğı göstərilməli" başlığı altındakı fəsil idi. Orada Ağaoğlunun söz sadəliyi barədəki fikirləri məni bir daha bu şəxsə heyran buraxdı. Nə yaxşı ki tariximizdən bir Əhməd bəy Ağaoğlu keçib... Ahmet AğaoğluSərbəst İnsanlar Ölkəsində