İlk əvvəl demək istəyirəm ki,Müəllifin Gəncə şəhərindən kifayət qədər məlumatı yoxdur.Avtobuslarln kartla olması,100 nömrəli avtobus,"ala"dialekti bura məxsus deyil.Taksi sürücüsünün oğlanı döyməsi epizodu isə absurd epizoddur.Kitabın üstündə 18-in əsrin xatirələri yazıb,fəqət bu tarixi hadisələrin heç biri həqiqi materiallara söykənmir,əlavə olaraq o dövrün arxitekturası haqqında heç biri təsviri məlumat yoxdur.Kitabın özündə adını qeyd etdiyi "Vampirlə müsahibə"-Kinosunu xatırlatdı,daha doğrusu xeyli oxşarlıq var.Ümumiyyətlə Məlikin hər qarşısına çıxan adama mən vampirəm deməsi kitabın ən bəyənmədiyim nüansıdır.Onun keçmişi haqqındakı xatirələri müəyyən müddət sonra yorucu olur.Bunu da qeyd etməliyəm ki,Müəllifin istedadı olmadığını iddia edə bilmərəm,sadəcə tövsiyyə edərdim ki,mövzu istiqamətini dəyişsin.Mən kitabı bəyənmədim.Ancaq bu o demək deyil ki,müəllifə mən də özünə qarşı ümid-inam yaratmayıb.