Qəlbiniz yoxsa məntiqiniz?
10/10
·80 syf.··
Beğendi
·
2024 42. kitabı
·
14 saatte okudu
·
Okunma: 07 Kasım 2024 22:30
Aldığınız qərarlarda qəlbiniz ön planda olur, yoxsa məntiqiniz? İndi bu suala “duyğu kəsiciləri” deyəcək ki, əlbəttə məntiq) Gəlin bir az dürüst olaq, özümüzə. Bilirəm çətindir, amma ən azından bir dəfə edin və keçmişdə aldığınız qərarlara baxın. Nəyə əsasən seçmişdiniz? Siz bu sualı düşünərkən, icazənizlə mən bir az məşhurların fikirlərindən söz açmaq istəyirəm. L.Tolstoy deyirdi ki, “İnsan qəlbinin həqiqəti, onun ağlının gördüklərindən daha dərin və mürəkkəbdir.” Və ya Cəlaləddin Rumi, “Ağıl bir təxrib edir, qəlb isə birləşdirir. İkisi bir araya gələndə isə həqiqət doğular.” Rumi, balansda saxlamağın tərəfdarıydı. Dekart isə nöqtə qoymağa çalışaraq, “Düşünürəm, deməli mövcudam” deyirdi. Yəni onunçün məntiq əsas idi. Bəs mən niyə bu sual ətrafında sizi düşünməyə vadar edirəm? Bu gün haqqında danışacağımız əsərin taleyi məhz bu sual ətrafında özünü əks etdirirdi. Əsərimiz müharibə illərində Qırğız kəndində yaşayan Cəmilənin həyatını, daxili duyğularını və ona dərin təsir edən bir sevgi hekayəsini əhatə edir. Cengiz Aytmatov həqiqətən də hər zamanki kimi öz sözünü deyir. Dahi yazıçı, sən 80 səhifəyə necə bir ömrü sığdırdın axı? Əslində bu sevgi əsərindən çox, mənə görə özünüdərk idi. Bu əsər özlərini itirmiş, öz daxili duyğularını kəşf etməyə çalışan, dərin keçmişə və indiyə malik olan iki gəncin hekayəsidir. Cəmilə və Danyar.. Cəmilə bir neçə aylıq evliydi, Sadık tərəfindən qürur üzərinə qaçırılmış və məcbur evlənmişdi, evləndikdən qısa müddət sonra da Sadık hərbiyə getmişdi. Baxın, yoldaşlar, sevgisiz bir evlilikdən söhbət gedir. Mənimki də sözdü) Bizim mentalitetimizin vəziyyətinə necə də bənzəyir. Hal-hazırda görəsən neçə ev bədbəxtdir, Cəmilə kimi öz xilasını gözləyir. Söhbət müharibə illərində Qırğız kəndindən gedir, əlbəttə ki qadın sadəcə aşağı bir məxluqdur. Hətta Aytmatov əsərin bir hissəsində bunu acınacaqlı şəkildə göstərir. “Altın saçlı bir kadın bile en aşağı bir erkekten daha aşağıdır” Necə də gülünc vəziyyətdir. Gələk başlanğıcda danışdığımız söhbətə, siz Cəmilənin yerində olsanız, adət-ənənə deyilən amma içi boşluqdan ibarət olan və ya yoldaşınızın ailəsi yaxşı və köklüdür deyə sevgi olmayan bir evdə qalardınız, yoxsa illərdən bəri itkin düşmüş ruhunuzu, qəlbinizin xoşbəxtliyini, özünüzü tapmağınıza kömək olmuş həyat eşqinizi seçərdiniz? Yəni qəlbinizmi yoxsa məntiqiniz? Gələk kitabın qələminə, Aytmatovu ayaqda alqışlayır və yenə, yenidən heyranlığımı dilə gətirirəm. Kitab anlaşıqlı və möhtəşəm şəkildə Cəmilənin kiçik qaynı Seyid tərəfindən qələmə alınıb. Bəzən soyuq, boğulduğumuz həyatımızda bir istilik axtararıq, insanlardan görmədiyimiz istilik. O necə yaz axşamlarında balkonda edilən söhbətlərin istiliyi vardır, ya da kəndə getmisiniz, o təbiətin, nənənizin çayının, atların, inəklərin, şirin qonaqların istiliyi vare necə. Bax bu istiliyi axtarırsınızsa, bu kitabı oxuyun. Əsərdə ən sevdiyim obraz isə, Cəmilənin kiçik qaynı Səyid idi. Sənin qəlbinin mərhəmətindənmi, saflığındanmı, həqiqətləri danmayan məntiqindənmi, şirin qısqanclığındanmı, sevgindənmi, nədən söz açım, Ay Səyid? Səyidin qəlbimi buruq edən o cümlələrini icazənizlə buraya qeyd etmək istərəm; “İşte o zaman, yerde uzanıp yattığım o anlarda, birden anladım Cemile`yi sevdiğimi. Evet, sevmiştim ve bu benim ilk çocukluk, ilk gençlik aşkımdı. Ben yalnız Cemile`den ve Danyar`dan değil, çocukluğumdan da ayrılmıştım.” Və mənə görə "Cəmilə", sadəcə romantik bir hekayə deyil, həm də qadınların öz istəklərinə və hisslərinə qarşı necə qətiyyətlə davrandığını, həqiqət axtarışında, azadlıq uğrunda necə mübarizə apardığını göstərir. Son olaraq, mənə bu əjdaha əsəri hədiyyə edən, dəyərli insana təşəkkür edirəm..
CemileCengiz Aytmatov · Ötüken Neşriyat · 201944,6bin okunma
·
120 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.