10/10
·592 syf.··
Beğendi
·
2024 75. kitabı
·
30 günde okudu
·
Okunma: 24 Kasım 2024 11:36
Bitdi, Martin, mən də bitdim. Sonda bəlkə mən də düşdüm o okeanın dərinliyinə. Çox uzun zaman çəkdi Martin ilə tanış olmağım, amma sonunda mən də girə bildim onun dünyasına. Kitablar vardır, ayrılmaq istəməzsən, elə hey onda yaşamaq istəyərsən, kitablar vardır, sona yaxın elə qaramsarlaşar ki, tez bitməsini istəyərsən, bitsin və tez çıxım bu dünyadan deyərsən. Yalan deməyəcəm. Əvvəlində nə qədər onda qalmaq istəsəm də Martinin müvəffəqiyyət qazanması ilə kitabı bürüyən o qaranlıq ürəyimi çox sıxdı. Tez istədim ki, çıxım bu qaranlıqdan. Martini bürüyən bu ab-havanın çəkilib getməyəcəyini bilirdim çünki, anlamışdım əvvəldə. Bununla belə, müəllifi çoxluca təqdir də etdim, əsərdə belə bir atmosfer yaratmq elə də asan iş deyil, insanın qəlbinə toxunmaq, duyğularına nüfuz etməkdir bu. Martinin sonu da mənə çox bariz idi. Realist yanaşmada mətn həqiqətinin sonu belə tələb etdiyini düşünür insan bir anlıq, amma maraqlı bir fakt da var Martin ilə bağlı. Avtobioqrafik bir əsər olduğunu, Jack London -dan çoxlu izlər daşıdığını bilirdim. Daha ətraflısını Levent Cinemre -nin tərcüməsinin sonunda veridiyi notlar qismindən öyrənə bildim. Çox maraqlı detallar var: Dövrlə bağlı, Martinin, eyni zamanda Londonun yaşadığı yerlə bağlı, Rufun əslində kim olmağı, Brissin kimliyi. Bütün bunları Levent Cinemre ətraflı şəkildə yazıb. Sağ olsun. Cek Londonun qatı sosialist olduğunu, hətta ABŞ'ın, o vaxt üçün, tək proletar yazıçısı olduğunu bilirik, yaratdığı qəhrəmanın- Martinin isə nə qədər prototipi olsa da, idelogiya ziddi olduğunu görürük əsərdə. Martini nə qədər sosialistsən deyə damğalamağa çalışsalar da, öz diliylə fərdiyyətçi olduğunu, sosializmə nifrət etdiyini dəfələrlə vurğulayır. Londonun Martini sonda "öldürməsi" daha da mənalı olur bu faktla birlikdə. Əslində elə özü sonradan yazdığı məktublarında da ölümünü Martinin fərdiyyətçiliyinə bağlayır. Və bir növ burjuaziyanın tənqidinə yazdığı bir əsər kimi bizə təqdim edir romanı. Buna rəğmən əsərin və Martinin yaradıcılığının ən sevilənləri olması onu təəccübləndirir ki, qayəsinə çata bilmədiyini, bu yolda uğurlu ola bilmədiyini (antipatiya yarada bilmədiyini) vurğulayır. Amma niyə məhz öz bədənində öldürür onu? Niyə Martinin prototipi kimi çıxış etdiyi halda onu - bir növ özünü məhv eləyir, hərçənd özü sosialist idi. Bunlar mənim üçün qaranlıq olaraq qalmaqdadır. Düşünülər ki, öz intiharını əvvəlcədən təsvir edib müəllif, amma özünün intihar edərək yox, xəstəlik ucbatından öldüyünü də bilirik. Martini oxuyarkən bir neçə ay bundan öncə oxuduğum Kerri Bacı əsəri yadıma düşürdü. Eyni atmosfer, eyni ölkə, eyni əsr, eyni əzmkarlıqda obrazlar və çəkdikləri əziyyətlər bu iki obrazı- Kerri və Martini yaxınlaşdırdı gözümdə. İkisinin qəlbimdə tuduqları yer də eyni olacaq bundan sonra. Hansının daha maraqlı olması isə müzakirəli məsələdir. Hər bir halda Martini sevənlərin bu əsəri də bəyənəcəklərinə qarantiya verirəm və oxumalarını tövsiyyə edirəm. Martin İdenin bir məhəbbət dastanı olmadığını vurğulamaq istəyirəm. Böyük bir məhəbbət, eşq macərası görünmür əsərdə. Leyli və Məcnun eşqinə tay deyil ən azından. Yeri gəlmişkən Martinin Rufa olan eşqini nə qədər eşq adlandıra bilərik bu da öz yerində. Fikrimcə Martin Rufu sevmirdi çünki, onun simasında yaratdığı ideal obrazı sevirdi, Rufun həqiqi üzünü görmədə çox geciksə də, sonda özü də bunu anlayır: "O, xəyalının yaratdığı ideal Rufu, səmalar xilqətini, poeziyasının ilham qaynağı olan nurlu və şəfəqli bir obrazı sevmişdi... Əsl Rufu, burjua psixologiyası və məhdud burjua görüş dairəsi olan bir burjua qızını o heç bir zaman sevməmişdi." Rufdan əl çəkməsinə ağladım deməyəcəm. Əksinə sevindim. Ruf Martinə layiq biri deyildi. Xüsusilə, Martinə olan inamsızlığı, Matinin, sadəcə, inama ehtiyacı olduğu bir vaxtda, Martindən çox mənə əzab verirdi. Kitabın ən emosional yerinin Martinin ətrafının ona olan müsbət münasibətinin səbəbini dərk elədiyi və sorğuladığı hissə olduğunu düşünürəm. Bütün cəmiyyətimizin təsviridir, fikrimcə və nə qədər acınacaqlıdır: "Bəs nə üçün mənim qarnımı, doğrudan da, ehtiyacım olanda doyuzdurmurdunuz?" Bütün bunlar bir yana, bu gün, Martin İdeni, bu qədər gözə soxmalarına baxmayaraq oxmağıma sevinirəm. Və əgər oxumayan varsa da şərtsiz tövsiyyə edirəm. Çox güman ki, Cek London qələmini belə tez tərk etməyəcəm, oxuyacağım növbəti kitab da elə Londondan Ağ Diş olacaq.
Düşünce
Martin İdenJack London · Qanun Nəşriyyatı · 2023134,9bin okunma
·
1 +1'leme
·
487 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
"Kitablar vardır, ayrılmaq istəməzsən" eynən bu cür olan az sayda kitab olur hər kəsin həyatında, zənnimcə. Martin İden də mənim üçün az sayda o mərtəbədə olan əsərlərdəndir. Maraqla gözləyirəm ki, yeni daxil olan hansı əsər olacaq. 🌙
Ayda camaat oxuyure emmeli basdi
Akbar
Gönderi Sahibi
Siz də oxuyun. Mütləq. Həqiqətən çox gözəl kitabdır axıcıdır da sıxılmırsız oxuyanda