10/10
·155 syf.··
2024 17. kitabı
·
39 günde okudu
·
Okunma: 19 Aralık 2024 04:29
"Sadece yaralı doktor şifa verebilir." Carl Gustav Jung İncələməmə bu cümlə ilə başlamağımın səbəbi Jung-ın bəhs etdiyi yaralı həkimlərdən biri Viktor E. Frankl-ın olmasıdır. Frankl ikinci dünya müharibəsində, toplama kamplarında 3 il qalan birisi olaraq, insanın həyatdakı məqsədini, hansı acılara dözə biləcəyini direkt öz həyat təcrübəsi ilə şahid olub. Kitabın bu qədər çox satan olmasının səbəblərindən bəlkə də biri budur. Öz dili ilə yazsaq: "Çok şükür ki Sigmund Freud, toplama kamplarına içeriden tanıklık etmekten kurtuldu. Onun danışanları Auschwitz'in pisliklerinden değil, Viktoryen tarzda tasarlanmış divanlarda uzanıyordu." (s.154) Frankl yuxarıdakı sitatda olduğu kimi Freud-dan kitabda xeyli bəhs edir və çox düşüncələrinə açıqca qatılmır. Freud çox düşüncələri keçmiş xatirələr, cinsəllik və travmalarla açıqlamağa çalışarkən, Frankl indiki zamanda Loqoterapi ilə insanın həyatına bir məna, acı üçün dayanıla biləcək bir hədəf qatmağa çalışır. "Aslında logoterapi, anlam odaklı psikoterapidir." (s.104) "Logoterapinin temel dayanaklarından biri, insanın temel amacının haz almak veya acıdan kaçmak değil, hayatında anlam bulmak olduğudur." (s.118) Frankl insanın varoluşsal problemlərini hər zaman xəstəlik olaraq dəyərləndirməkdən qəti şəkildə qaçır. Onu insanın bu həyatdakı ən önəmli problemlərindən olduğunu deməklə yanaşı, həll yolunun da sakitləşdiricilər ilə yox həyat hədəfləri ilə keçəcəyini söyləyir. Kitabı təsirli edən ən önəmli nöqtələrdən biri, Frankl-ın toplama kamplarında çəkdiyi əziyyətlər olaraq dəyərləndirmək olar. İnsanın görə biləcəyi ən uc nöqtəyə çıxmış, onun nələrə dözə biləcəyini görübdür. "Aramızdaki sağlıkçılar ilk olarak şunu öğrendiler: "Ders kitapları yalan söyler!" Bir yerlerde insanın belli bir saatin üzerinde uykusuz kalamayacağı yazıyordu. Tamamen yanlıştı!" (s.30) Kitabın təməl anlayışı, hər hansı bir insanı ayaqta tutabiləcək şeyin onun həyatındakı məna olduğunu vurğulamasıdır. Bütün həyat məna axtarışı ilə keçər. Frankl həyatın mənası varmı sualına avtomatik cavabdan qaçır. Həyatın mənası hər zaman fərqli ola biləcək cavaba sahibdir. Və bunu tapmaq bütün acılara dayanmaq demək idi. Nietzsche-nin dediyi kimi: Yaşamak için bir nedeni olan insan her türlü nasıla katlanabilir. Son cümlələri yazıçının öz cümləsi ilə bitirmək həm kitabı anlamaq, həm də onun bu qədər çox satmağını açıqlamaq üçün ən yaxşı cavab olacaq.. "Birçok Amerikan gazetesinden ve özellikle Amerikan televizyon kanallarından muhabirin, röportajlarına bu gerçekleri listeledikden sonra "Dr. Frankl, kitabınız gerçek bir çoksatan oldu, bu başarı ile ilgili ne hissediyorsunuz?" diye sorarak başlamasının nedeni bunlardır. Kendi hesabıma kitabımın çoksatan olmasını kendi başarım ve kazancım olmaktan çok çağımızın sefaleti olarak görüyorum: Yüz binlerce insan, adı hayatta anlam bulma arayışına ilişkin bir şeyler vadeden bir kitabı alıyorsa, bu sorunu saç diplerine kadar hissediyor demektir." (s.13)
Edebiyat
İnsanın Anlam ArayışıViktor E. Frankl · Okuyan Us Yayın · 202651,4bin okunma
·
144 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.