Kitabı üçüncü dəfə oxumağıma baxmayaraq, hələ də tam dərindən anlayaraq oxuduğumu deyə bilmərəm. O qədər geniş, çoxşaxəli bir kitabdır ki, onu Türkiyə, İstanbul, türk musiqisi, memarlığı kimi məsələlərə maraq və diqqəti olmayan bir insanın oxuması və əsərdən zövq alması çətin olar. Söz rəssamı Tanpınar. Cümlələrilə İstanbulu elə əks etdirir ki... #260827030 Romandakı hadisələr həmçinin İkinci Dünya Müharibəsinin başlanması ərəfəsində baş verməsi səbəbilə müharibə mövzusuna da yer verilir. Köhnəliklə yeniliyin, Şərqlə Qərbin müqayisəsi Tanpınar qələminə yad mövzu deyil. Bəzi məsələlər var ki, araşdırılmalı, ondan sonra son bir dəfə yenidən oxumalıyam ki, bu kitabı tam anlayaraq oxuduğumu deyə bilim. Növbəti dəfə mütləq ki, Suat’ın Mektubu ilə birlikdə.
Kitab romanın qəhrəmanlarının adı verilən dörd hissəyə bölünüb. Mən də bu dörd qəhrəmana dörd kitab cümləsi seçdim:
İHSAN - İnsan talihinin mahpusudur. Ve bu talihinin karşısında imandan ve bilhassa ıstıraba katlanmaktan başka silahı yoktur. S.308
NURAN - Ne yaparsınız, hayatımızı olduğu gibi kabul etmek lazım. İnsan istediği kadar hür olamıyor... Bilir misiniz ki, bu yaşta hesap vermeğe mecburum. S.126
SUAT - Suat çok sevilebilir, veya ondan nefret edilirdi. Fakat ona acınamazdı. S.306
MÜMTAZ - Bir şeyden korkmak, biraz da onun geleceğini beklemektir. S.146
Romanın sonuncu hissəsində Mümtazın keçirdiyi hisslər, Suatla bağlı gördüyü yuxular, yuxu kimi verilən "gerçək"lər mənə yazarın Hikâyeler kitabındakı "Abdullah Efendi'nin Rüyaları"nı xatırlatdı. Tanpınarın həyatına dair məlumatlı olan kimsə Mümtazda da, İhsanda da, Suatda da onun özündən, həyatından izləri görə bilər. Nuran həyatında huzur(sakitlik) axtarır, Mümtaz həyatındakı huzuru Nuranda axtarır, Suat isə öz həyatındakı huzursuzluqlar bəs deyilmiş kimi, başqalarının da həyatını alt-üst etməyi bacarır. İhsanın həyatı isə vaxtilə yaşamış olduğu faciələrin durğunluğunda irəlilədiyi üçün onu bura qatmıram.
Bu arada, kitab mənim üçün Nuranın Mümtazı tərk etdiyi hissədə sonlanır... #261354733