Gönderi

Mopassanın təəsüf dolu arzuları...
3/10
·464 syf.··
2025 1. kitabı
·
4 günde okudu
·
Okunma: 03 Ocak 2025 18:14
İndi hər kəs yazacaq,sən necə özünü ağıllı sayırsan,Mopassan dahidir,buna ədəbi naşirlər qiymət verib filan,onsuz bizim millətə məxsusdur başqalarının fikiri ilə qərar vermək.Aristotel poetika əsərində bildirir ki,bir əsərdə hər hansısa bir hissəni çıxardıqda,əsərə zərər dəymirsə,onun fabulasında natamamlıq var.Mənasız söz yığınının arasına erotikanı,şəhvəti o ki var Mopassan sıxışdırıb,özü də qələm yazıçın ruhundan xəbər verir,özünün də qeyd etdiyi kimi,"Qəşəng dost"elə mənəm.Boş-boş dialoqlar,mənasız söz yığını;daha qısa da yazmaq olardı.Jorj necə vicdan əzabı çəkmir?Ən azından daxili mühakiməsində doğru etmədiyini heç mi düşünmür?Hardadır baş qəhrəmanın ziddiyyəti?Yoxdur,baş qəhrəman çünki oyun personajına oxşayır.İdiot kitabının hər hansısa bir hissəsinin əvvəlində Dostoyevski deyir ki,Ölü canların Çiçikovu bəlkə də həyatda yoxdur,fəqət bəzən ədəbi personajlar real adamlardan daha həqiqi olurlar.Bu prinsip mükəmməl prinsipdir,Mopassanın personajı da bu fikirlə oxşarlıq təşkil edir,ancaq o bunu bacarmayıb.Yazıçı öz əsərində xəyanətin,nadürüstlüyün,ləyaqətsizliyin insanların fikrinin əksinə,qazandığını vurğulamaq istəyib,lakin ifrata qaçıb.Mən bəyənmədim.Mənim hisslərimi Balzakın Vadidəki Zanbaq əsəri də bu cür tərpətmişdi,ancaq onda mükəmməllik,zəriflik,gözəllik var idi.Bu kitabda isə,bir yazıçı gecə arzularını yazıb,kitaba çevirib! Əsərin sonunun ədalətsiz bitməsi isə tam bir fiaskodur. (Bəyəndiyim sadəcə Mopassanın peyzaj məharəti olub,digər kitablarındakı kimi.Birdə müstəmləkə siyasətinin tənqidi çox xoşuma gəldi.)
Edebiyat
Qəşəng DostGuy de Maupassant · Teas Press Nəşriyyatı · 2023915 okunma
·
373 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Onsuzda diqqətimi çəkmirdi, indi kitabdan daha da uzaqlaşdım😁
Kimsəsiz kimsə
Gönderi Sahibi
Havabel Ola bilər,bəlkə də mənim diqqət etmədiyim nüanslar var və yaxud da başqa səbəb,lakin çox insan oxuduğu əsəri heç anlamadan onu tərifləyir,hətta bəzən heç anlamaq belə istəmir.Mənim əslində qarşı çıxdığım şey budur.