Ən çox saçlarını xoşlayıram mən, Tökülə çiyninə şəlalə kimi. Ürəyim yanınca içəm ürəkdən Tellər axınını piyalə kimi. Elə bil mənimlə bəhs eləyirsən, Yığıb saçlarını sancaqlayırsan. Şəlalə telləri həbs eləyirsən, Onları dustaqda çox saxlayırsan. Yalvarış gətirir bir mərhəmətə Dünyanın ən zalım hökmdarını. Mən özüm gəlmişəm axı, minnətə, Aç, burax günahsız dustaqlarını.
Sayfa 166·Kitabı okudu
Şiir
·
88 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.