Seçilmiş Əsərləri

Əliağa Kürçaylı
Tahmini Okuma Süresi:
11 sa. 20 dk.
Sayfa Sayısı:
400
Basım Tarihi:
2004
Yayınevi:
Şərq-Qərb Nəşriyyatı
ISBN:
9789952418075
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

6/10
·400 syf.··
2025 1. kitabı
·
23 saatte okudu
·
Okunma: 01 Ocak 2025 22:20
2025-ə şeir kitabı ilə başlamaq istəyirdim. Əliağa Vahidin şeirlərindən oxuma arzum vardı. Həmin kitabı tapdığımı zənn etdim və yükləməyə başladım. 1-2 gündən sonra kitabı oxumaq üçün açanda gördüm ki, sən demə, yüklədiyim Əliağa Kürçaylının şeir kitabı imiş.  Daha başladım bunu oxumağa.  Düzdür,  tam da bəyənmədim, mənə o qədər də  xitab etmədi  şeirləri. Amma içində-" yaxşı ki  səhvən də olsa yükləyib oxumuşam" dediyim bir neçə şeir oldu. Həqiqətən də,  dediyim həmin şeirlər digərlərinə nisbətən çox gözəl idilər. Mənə görə səmimi, içdən yazılmış şeirlər idi. Şeirlər bunlar idi: #262029846 #262029900 #262029960
1K
Seçilmiş ƏsərləriƏliağa Kürçaylı · Şərq-Qərb Nəşriyyatı · 20047 okunma

Yazar Hakkında

Əliağa KürçaylıYazar · 5 kitap
Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955–1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur. 1980-ci il fevralın 11-də 51 yaşında vəfat etmişdir.