Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əliağa Kürçaylı

Əliağa KürçaylıƏsmər və Zəfər yazarı
Yazar
5.0/10
2 Kişi
8
Okunma
5
Beğeni
861
Görüntülenme

Hakkında

Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955–1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur. 1980-ci il fevralın 11-də 51 yaşında vəfat etmişdir.
Tam adı:
Vəliyev Əliağa Həsənağa oğlu
Unvan:
Şair, Çevirmen,
Doğum:
Kür Qaraqaşlı, Salyan qəzası, Azərbaycan SSR, SSRİ, 20 Şubat 1928
Ölüm:
11 Şubat 1980

Okurlar

5 okur beğendi.
8 okur okudu.
2 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
mən səndən bir dəstə çiçək istədim, mənimçün dörd fəsil yaz elədin sən. ~ mən səndən kiçik bir sevinc istədim, sən mənə bəxş etdin bütöv səadət.
Məhəbbət yolunda yorulmur ürək, Göyün intəhasız dərinliyinə Hazıram şığıyam, baş vuram yenə, Gedəm görünməyən ulduzlaradək. Min bir rəngə çalan qövsi-qüzehi, Hazıram, göylərdən gətirəm sənə. Hələ yer nəfəsi dəyməyən şehi Gətirəm, çiləyəm sıx tellərinə. Ən iri, ən xırda meteorları, Yazdakı yağışı, qışdakı qarı İstərəm səmadan gətirəm sənə! Bahar təravətli sərin yelləri, Hələ yaşanmamış xoşbəxt illəri İstərəm indidən yetirəm sənə!
Sayfa 179
Reklam
BİZƏ ELƏ GƏLİR Kİ...
Ən gözəl şey bizdən uzaq olandı, Ən qiymətli – əlimizə çatmayan. Ən maraqlı – bizə yasaq olandı, Ən dərin söz – ağlımıza batmayan. Böyük alim – danışmayıb susandı, Böyük təbib – başını çox bulayan. Böyük şair – dumanlı söz yazandı, Böyük natiq sözü sözə calayan. Yaxşı kitab-kitabların qalını, Vəfalı dost – dostluqdan çox danışan, (Arı heç vaxt tərifləməz balını, Gecə-gündüz çalışar ki, dola şan.) Parıldayan nurböcəyi, şüşəni, Eh, nə qədər qızıl sanıb gözümüz! Bu təzadlar girdabına düşəli Özümüzü aldadırıq özümüz.
Sayfa 156
NİFRƏT VƏ MƏHƏBBƏT
Heyranam qəlbinə insanların mən, Orda nifrət də var, məhəbbət də var. Dalıb xəyallara deyirəm bəzən: Necə qərar tutur bir yerdə onlar? Axı, necə olur sevən bir ürək Nifrət də yaşadır isti qoynunda? Çalxanıb köpürən coşqun dəniztək Üzü birdən-birə dönür onun da? Yox, qəzəb ürəyin sükutundadır, Oyansa özünsən demək günahkar. Yağış da göylərin buludundadır − Şimşəklər çaxmasa leysanmı yağar? İnsanlar nə etsə, ürəkdən edir, Bir qəlbdə yaşayır nifrət, məhəbbət. Hansını qazansan demək sənindir, Tələsmə, əzizim, yaxşı seç fəqət. Sən nifrət qazansan öz əməlinçün Əlindən tutmazlar darda, çətində. Məhəbbət qazansan səbəb özünsən Onlar nə "tale"də, nə “qismət”də var.
Sayfa 294
Bəlkə
Gecədən çox keçir, Yataq, əzizim, Sabahın nə qədər qayğıları var. Sabah yolumuzu gözləyir bizim Neçe nigaranlıq, neçə intizar. Kiminsə qəlbinə dəyəcəyik biz, Kimsə qəlbimizi sındıracaqdır.
Sayfa 304
Gəl yuxuma...
Mən səni yuxuda görürəm hər gün, Ən şirin arzular, diləklər kimi. Hərdən qanad açıb pərvaz edirsən Başımın üstündə mələklər kimi. Hərdən vüsal olur hədiyyən mənə, Həsrət yaxın düşmür qətiyyən mənə. Hərdən etinasız baxıb sən mənə Ötürsən yanımdan küləklər kimi. Hərdən üşüdürsən məni qar kimi, Hərdən yandırırsan od, şərar kimi, Çöhrən gah olur gilənar kimi, Gah solur don vuran çiçəklər kimi. Məni əfi kimi çalıb yuxular, Qovğa dünyasına salıb yuxular, Səbri-qərarımı alıb yuxular, Sərgərdan olmuşam böcəklər kimi. Demirəm yanıma ilk baharda gəl, İstəsən, tufanlı ruzigarda gəl. Ancaq yuxuda yox, aşikarda gəl, Gəl, sözlü, nəğməli ürəklər kimi... 🌹
Əliağa Kürçaylı
Əliağa Kürçaylı
Mən səndən bir dəstə çiçək istədim, Mənimçün dörd fəsil yaz elədin sən. 💐
Əliağa Kürçaylı
Əliağa Kürçaylı
Reklam
Əbədiyyət
Mən sənin nəğmənin əks-sədası, Könlünün tükənməz arzularıyam. Qışında bir ilıq payız havası, Yayında bir sərin quzey qarıyam. Gecə zülmətində, qaranlığında Qəfildən parlayan qəmərinəm mən. Kədərli çağında, qəmli çağında

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok