Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Əliağa Kürçaylı

Seçilmiş Əsərləri Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri kitap alıntılarını, Seçilmiş Əsərləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
mən səndən bir dəstə çiçək istədim, mənimçün dörd fəsil yaz elədin sən. ~ mən səndən kiçik bir sevinc istədim, sən mənə bəxş etdin bütöv səadət.
Məhəbbət yolunda yorulmur ürək, Göyün intəhasız dərinliyinə Hazıram şığıyam, baş vuram yenə, Gedəm görünməyən ulduzlaradək. Min bir rəngə çalan qövsi-qüzehi, Hazıram, göylərdən gətirəm sənə. Hələ yer nəfəsi dəyməyən şehi Gətirəm, çiləyəm sıx tellərinə. Ən iri, ən xırda meteorları, Yazdakı yağışı, qışdakı qarı İstərəm səmadan gətirəm sənə! Bahar təravətli sərin yelləri, Hələ yaşanmamış xoşbəxt illəri İstərəm indidən yetirəm sənə!
Sayfa 179
Reklam
MƏNİM GƏNCLİYİM
Külək əsir... Yağan qarı Çökəklərə doldurur. Qar örtdükcə dolayları Nə cığır, nə yol durur. Elektrik dirəkləri Yel əsdikcə laxlayır, Qışın dəli küləkləri Keçənləri saxlayır.
Sayfa 224
BİZƏ ELƏ GƏLİR Kİ...
Ən gözəl şey bizdən uzaq olandı, Ən qiymətli – əlimizə çatmayan. Ən maraqlı – bizə yasaq olandı, Ən dərin söz – ağlımıza batmayan. Böyük alim – danışmayıb susandı, Böyük təbib – başını çox bulayan. Böyük şair – dumanlı söz yazandı, Böyük natiq sözü sözə calayan. Yaxşı kitab-kitabların qalını, Vəfalı dost – dostluqdan çox danışan, (Arı heç vaxt tərifləməz balını, Gecə-gündüz çalışar ki, dola şan.) Parıldayan nurböcəyi, şüşəni, Eh, nə qədər qızıl sanıb gözümüz! Bu təzadlar girdabına düşəli Özümüzü aldadırıq özümüz.
Sayfa 156
Saçlarına baxıram, gözün kimi qaradır, Yarısı gözün üstə, yarısı yanlaradır, Gülüm, yığma onları, qoy dağılsın, dara, dur, O qara saçlarına istəmirəm dən düşə, Belə ola həmişə!
NİFRƏT VƏ MƏHƏBBƏT
Heyranam qəlbinə insanların mən, Orda nifrət də var, məhəbbət də var. Dalıb xəyallara deyirəm bəzən: Necə qərar tutur bir yerdə onlar? Axı, necə olur sevən bir ürək Nifrət də yaşadır isti qoynunda? Çalxanıb köpürən coşqun dəniztək Üzü birdən-birə dönür onun da? Yox, qəzəb ürəyin sükutundadır, Oyansa özünsən demək günahkar. Yağış da göylərin buludundadır − Şimşəklər çaxmasa leysanmı yağar? İnsanlar nə etsə, ürəkdən edir, Bir qəlbdə yaşayır nifrət, məhəbbət. Hansını qazansan demək sənindir, Tələsmə, əzizim, yaxşı seç fəqət. Sən nifrət qazansan öz əməlinçün Əlindən tutmazlar darda, çətində. Məhəbbət qazansan səbəb özünsən Onlar nə "tale"də, nə “qismət”də var.
Sayfa 294
Reklam
Səninkidir...
Nə çox pəncərə var şəhərimizdə, Ən çox işıqlısı... O səninkidir! Gör neçə qağayı üzür dənizdə, Ən ağı-bəyazı... O səninkidir! Nəzər sal xurmayı, sarı saçlara, Ən tündü, qarası... O səninkidir! Qəlbimi bəzəyir neçə min yara, Ən dərin yarası... O səninkidir! Mənim borc alınmış bir həyatım var, Əmanət bir həyat... O səninkidir! Mənim şair kimi ülvi adım var, Ləkəsiz, təmiz ad... O səninkidir!
Həyat
Kiminə laləli seyrangah olmuş, Kiminə quyudur, tələdir həyat. İnsanı üyüdür dəyirman kimi, Sonra da ələkdən ələdir həyat. Yolları gah nurlu, gah da dumandır, Gah bəla gətirən, gah qəm alandır. Kiminə dalğalı bir okeandır, Kiminə damcıdır, gilədir həyat. Kiminə şeş qoşa, kiminə dübir, Kimini şah edir, kimini vəzir, Kiminin gözündə kefdir, nəşədir, Kiminə ağır bir şələdir həyat. Gah qurur, yaradır, gah da sökdürür, Gözü gah güldürür, gah yaş tökdürür. Quzuya şir kimi nərə çəkdirir, Şiri quzu kimi mələdir həyat. Qəmə sevinc qatır, sevincə kədər, Verdiyi nəşə də əzabdan betər. Kürçaylı, bu giley, şikayət yetər, Əzəldən belədir, belədir həyat!
Sayfa 268
MƏN İNSANAM
Həyatın hər üzü mənə tanışdır, Sanki varlıq mənəm, bu həyat mənəm. Heç bir şey ruhuma yad olmamışdır. Qəmdə sevinc gəzən, nəşələrdə qəm Duyğular yurdudur mənim bu sinəm. Mən elə ağlaram − göz yaşlarımdan Quruyan otlar da göyərər, bitər.
Sayfa 305
GÖZLƏRİN
Mənimçün yol yoxdur burdan o yana, Eviniz sonuncu dayanacaqdır, Gözlərin salıbdır məni tufana, Onlar da tufandan qurtaracaqdır. Qovacaq yolumdan qatı zülməti, Onlarla güləcək hər arzum mənim. Mənə bəxş edəcək əbədiyyəti Bir cüt qara rəngli ulduzum mənim. Həyat yollarında azsam da bu gün O gözlər edəcək yolumu bəlli. Yelkəni daşlara dəysə ömrümün O gözlər olacaq mənə təsəlli. O gözlər atəşli vulkan kimidir, Soyumaz alovu, sönməz ziyası. O gözlər el qoşan dastan kimidir, Yalansız, riyasız, rəngsiz, boyasız.
Sayfa 97
56 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.