Seçilmiş Əsərləri

Əliağa Kürçaylı

Seçilmiş Əsərləri Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri kitap alıntılarını, Seçilmiş Əsərləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bəlkə
Gecədən çox keçir, Yataq, əzizim, Sabahın nə qədər qayğıları var. Sabah yolumuzu gözləyir bizim Neçe nigaranlıq, neçə intizar. Kiminsə qəlbinə dəyəcəyik biz, Kimsə qəlbimizi sındıracaqdır.
Sayfa 304
Vətən.
Mən səndən bir yaşıl budaq istədim, Sən mənə bəxş etdin zümrüd meşələr. Mən səndən kiçik bir otaq istədim, Sən mənə bəxş etdin dilbər guşələr. Mən səndən adicə həyat istədim, Sən məni çıxardın min-min səhərə. Mən səndən kiçik bir qanad istədim, Sən məni uçurdun ənginliklərə. Mən səndən bir dəstə çiçək istədim. Mənimçün dörd fəsli yaz
Reklam
Məcnun məhəbbəti qalar kölgədə Bizim eşqimizin sözü düşəndə. Özgəsi düşəndə dodaq büzənin Gör necə olurmuş özü düşəndə. Bu acı həsrətdi, yoxsa vüsaldı? Hökmündən qurtarmaq əmri-mahaldı. Səbri-qərarımı əlimdən aldı Sevən gözlərimə gözü düşəndə. Mən səni gözlərəm boran içində, Qasırğa içində, tufan içində, Ömrümdən fəsillər, illər keçəndə, Saçıma illərin izi düşəndə.
Eşqin bayrağından elə tutmuşam, Sanki məhəbbətin bayraqdarıyam. Dönüb gəncləşirəm sevgi deyəndə Kim mənə deyir ki, ömrü yarıyam?! Günəş parçasıdır sinəmdə ürək, Kimsə vurulmayıb hələ mənimtək. Sevgilim istəsə, çöllərdə çiçək, Dağlarda dənəvər quzey qarıyam. Üzümü xəzana çevirsəm əgər, Saralmış otlar da yaşıl don geyər. Əl vursan hər pərdəm bir nəğmə deyər, Məhəbbət kamanı, sevgi tarıyam. Sinəmdə döyünən bu ürəklə mən Keçmişəm nə qədər keşməkeşlərdən. Arabir düşsə də saçlarıma dən Mən çətin qocalam, çətin qarıyam. Sevgidə igidlik gəzir gözəl də, Eşqin fədaisi mənəm bu eldə.. Dədə Füzulinin Vahid qəzəldə, Mən isə sevgidə yadigarıyam.
Mən varam!
Qüssəli çağlarında Sənin dodaqlarında Təbəssüm görünübsə, Gülüşə bürünübsə Kədərlərin bir anda - Bu uğurlu zamanda Demək hələ mən varam!
Yox,dostum,başkadır könlümün derdi, Bu derd daşları da dinlendirerdi..
Sayfa 69
Reklam
42 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.