Gönderi

Mən varam!
Qüssəli çağlarında Sənin dodaqlarında Təbəssüm görünübsə, Gülüşə bürünübsə Kədərlərin bir anda - Bu uğurlu zamanda Demək hələ mən varam! Ümid dumanda, çəndə Səni atıb gedəndə, Qəlbinə şölə kimi, Kiçik bir gilə kimi Təzə ümid dolubsa, Belə günün olubsa, Demək hələ mən varam! Qış şaxtadan qılıncı, Çiynində ağ yapıncı Əlini kəsən zaman, Sərt yellər əsən zaman Bir çiçək görmüsənsə, Əyilib dərmisənsə, Demək hələ mən varam! Baharınam xəzanda, Bələdçinəm azanda, İşığınam zülmətdə, Həyatınam qürbətdə, Sənin çətin anında Mən hazıram yanında, Demək hələ mən varam!..
··
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.