Seçilmiş Əsərləri

Əliağa Kürçaylı

En Yeni Seçilmiş Əsərləri Sözleri ve Alıntıları

En Yeni Seçilmiş Əsərləri sözleri ve alıntılarını, en yeni Seçilmiş Əsərləri kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
mən səndən bir dəstə çiçək istədim, mənimçün dörd fəsil yaz elədin sən. ~ mən səndən kiçik bir sevinc istədim, sən mənə bəxş etdin bütöv səadət.
Səninkidir...
Nə çox pəncərə var şəhərimizdə, Ən çox işıqlısı... O səninkidir! Gör neçə qağayı üzür dənizdə, Ən ağı-bəyazı... O səninkidir! Nəzər sal xurmayı, sarı saçlara, Ən tündü, qarası... O səninkidir! Qəlbimi bəzəyir neçə min yara, Ən dərin yarası... O səninkidir! Mənim borc alınmış bir həyatım var, Əmanət bir həyat... O səninkidir! Mənim şair kimi ülvi adım var, Ləkəsiz, təmiz ad... O səninkidir!
Reklam
Saçlarına baxıram, gözün kimi qaradır, Yarısı gözün üstə, yarısı yanlaradır, Gülüm, yığma onları, qoy dağılsın, dara, dur, O qara saçlarına istəmirəm dən düşə, Belə ola həmişə!
Eşqin bayrağından elə tutmuşam, Sanki məhəbbətin bayraqdarıyam. Dönüb gəncləşirəm sevgi deyəndə Kim mənə deyir ki, ömrü yarıyam?! Günəş parçasıdır sinəmdə ürək, Kimsə vurulmayıb hələ mənimtək. Sevgilim istəsə, çöllərdə çiçək, Dağlarda dənəvər quzey qarıyam. Üzümü xəzana çevirsəm əgər, Saralmış otlar da yaşıl don geyər. Əl vursan hər pərdəm bir nəğmə deyər, Məhəbbət kamanı, sevgi tarıyam. Sinəmdə döyünən bu ürəklə mən Keçmişəm nə qədər keşməkeşlərdən. Arabir düşsə də saçlarıma dən Mən çətin qocalam, çətin qarıyam. Sevgidə igidlik gəzir gözəl də, Eşqin fədaisi mənəm bu eldə.. Dədə Füzulinin Vahid qəzəldə, Mən isə sevgidə yadigarıyam.
Qara saçlar...
Sən demə, cərəyantək kül edərmiş qapqara Əl vuranda çiyninə dağılan o saçlara.
Ən çox saçlarını xoşlayıram mən...
Ən çox saçlarını xoşlayıram mən, Tökülə çiyninə şəlalə kimi. Ürəyim yanınca içəm ürəkdən Tellər axınını piyalə kimi.
Reklam
42 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.