Gönderi

Saçlarına baxıram, gözün kimi qaradır, Yarısı gözün üstə, yarısı yanlaradır, Gülüm, yığma onları, qoy dağılsın, dara, dur, O qara saçlarına istəmirəm dən düşə, Belə ola həmişə!
·
140 görüntüleme
︎Mehdi Mehdili okurunun profil resmi
Pəncərəmə uzanan yaşıl-yaşıl əldimi? Yarpaqlar ilk baharın salamına gəldimi? Seyr elə bu lövhəni, doğrudan gözəldimi? Dayanmışıq səninlə qoşa, üzü Günəşə, Belə ola həmişə! Gözlərinə baxıram, necə şəndir, gülümsər, Onlarda yox qüssədən, intizardan bir əsər. Sən gülməsən bircə an ürək titrər, can əsər, Yoxsa Günün alovu dolubdur bu gülüşə? Belə ola həmişə! Saçlarına baxıram, gözün kimi qaradır, Yarısı gözün üstə, yarısı yanlaradır, Gülüm, yığma onları, qoy dağılsın, dara, dur, O qara saçlarına istəmirəm dən düşə, Belə ola həmişə! Gör, nə qədər qısaltdıq həsrətin mənzilini, Ovcumda tutmuşam mən indi sənin əlini. Yaman qırdıq hicranın, intizarın belini! Kaş ki, bütün sevənlər bizim kimi görüşə! Belə ola həmişə!
M.zade okurunun profil resmi
Gözlənilməz performans:)👏🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.