Seçilmiş Əsərləri

Əliağa Kürçaylı

Sayfa Sayısına Göre Seçilmiş Əsərləri Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Seçilmiş Əsərləri sözleri ve alıntılarını, sayfa sayısına göre Seçilmiş Əsərləri kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Senden uzaq düştüğüm gün En dehşetli bir gün idi Şadlıq, sevinç, neşe -bütün Üreyimden sürgün idi..
Sayfa 37
Yox,dostum,başkadır könlümün derdi, Bu derd daşları da dinlendirerdi..
Sayfa 69
Reklam
GÖZLƏRİN
Mənimçün yol yoxdur burdan o yana, Eviniz sonuncu dayanacaqdır, Gözlərin salıbdır məni tufana, Onlar da tufandan qurtaracaqdır. Qovacaq yolumdan qatı zülməti, Onlarla güləcək hər arzum mənim. Mənə bəxş edəcək əbədiyyəti Bir cüt qara rəngli ulduzum mənim. Həyat yollarında azsam da bu gün O gözlər edəcək yolumu bəlli. Yelkəni daşlara dəysə ömrümün O gözlər olacaq mənə təsəlli. O gözlər atəşli vulkan kimidir, Soyumaz alovu, sönməz ziyası. O gözlər el qoşan dastan kimidir, Yalansız, riyasız, rəngsiz, boyasız.
Sayfa 97
Vətəni ucaldan qəhrəmanmıdır? Yoxsa qəhrəmanı ucaldan Vətən?..
Sayfa 103
BİZƏ ELƏ GƏLİR Kİ...
Ən gözəl şey bizdən uzaq olandı, Ən qiymətli – əlimizə çatmayan. Ən maraqlı – bizə yasaq olandı, Ən dərin söz – ağlımıza batmayan. Böyük alim – danışmayıb susandı, Böyük təbib – başını çox bulayan. Böyük şair – dumanlı söz yazandı, Böyük natiq sözü sözə calayan. Yaxşı kitab-kitabların qalını, Vəfalı dost – dostluqdan çox danışan, (Arı heç vaxt tərifləməz balını, Gecə-gündüz çalışar ki, dola şan.) Parıldayan nurböcəyi, şüşəni, Eh, nə qədər qızıl sanıb gözümüz! Bu təzadlar girdabına düşəli Özümüzü aldadırıq özümüz.
Sayfa 156
AXŞAM QARANLIĞINDA
Qəlbimə qəm dolurdu Axşam qaranlığında. Sənsiz keçən hər anım Dönüb bir il olurdu Axşam qaranlığında. Sanırdım günəş bir də Çıxmayacaq üfüqdən,
Sayfa 176
Reklam
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.