Gönderi

MƏNİM GƏNCLİYİM
Külək əsir... Yağan qarı Çökəklərə doldurur. Qar örtdükcə dolayları Nə cığır, nə yol durur. Elektrik dirəkləri Yel əsdikcə laxlayır, Qışın dəli küləkləri Keçənləri saxlayır. Gah qapını, pəncərəni, Gah tavanı döyür yel. Dəli çovğun dağ-dərəni Düzləyəcək elə bil. Sanki bir də susmayacaq Bu sərt çovğun, bu boran... Səhər oldu baxdım, ancaq Sakit idi asiman. Yer üzünü örtsə də qar Göyün üzü duruldu, Yoxsa ruzgar, dəli ruzgar Birdən-birə yoruldu? Gəncliyim də belə keçdi - Dünənki ruzgar kimi: Sinə vurub elə keçdi, Susdu dalğalar kimi. Coşdurammaz onu bir kəs, Kim qaytarar onu, kim? Yox, yox, bir də geri dönməz O dəlisov gəncliyim.
Sayfa 224
·
523 görüntüleme
Özlem okurunun profil resmi
Biraz zorlandım ama okumayı başardım. Şiir güzelmiş 🌿
Tarlan Rasulov okurunun profil resmi
Zorlandığınız kelime falan olursa sorabilirsiniz. Teşekkürler, değerli görüşleriniz için.
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.