Gönderi

MƏN İNSANAM
Həyatın hər üzü mənə tanışdır, Sanki varlıq mənəm, bu həyat mənəm. Heç bir şey ruhuma yad olmamışdır. Qəmdə sevinc gəzən, nəşələrdə qəm Duyğular yurdudur mənim bu sinəm. Mən elə ağlaram − göz yaşlarımdan Quruyan otlar da göyərər, bitər. Göylərin leysanlı yağışlarından, Yerlərin selindən, suyundan betər Axar göz yaşlarım, axar sərasər. Mən elə gülərəm − təbəssümümdən Əriyib tökülər quzey qarı da. Dağılar dağları tutan duman, çən, Əriyər dağların dağ vüqarı da, Əriyər günəşin şüaları da. Mən elə sevərəm – məhəbbətimi Bölsən bəs eləyər bütün bəşərə. Elə kin bəslərəm – ədavətimi Töksən daşqın düşər bəhri-Xəzərə, Mənim nifrətimdən yanar dağ-dərə. Desələr qış günü ollam gül-çiçək, Yayda görərlər ki, yağan qar mənəm. Dörd fəsli özündə yaşadan ürək Bilir bu aləmdə hər nə var – mənəm, Duyğular, istəklər, arzular mənəm!
Sayfa 305
·
462 görüntüleme
Ayşe okurunun profil resmi
Sizin dilinizi okumayıda konuşmayıda çok seviyorum 😁
Tarlan Rasulov okurunun profil resmi
Ben de aynen sizin dili konuşmayı ve okumayı çok seviyorum. İyi okumalar!
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.