Gönderi

Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının - tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı - bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit düşünən Sakit idi, hər şeyin dərdini - özünə dəxli olmasa da, - çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı.
Edebiyat
·
351 Gösterim
2 Yorum
Öne Çıkan Yorum
Yaponların bir inancına görə bir insanın üç üzü varmış. Birincisi, hamının tanıdığı üzüdür. Hamı bu üzünü bilir onun. İkincisi, yaxın adamlarının bildiyidir. Ailəsi, yaxın dostları və b. ancaq bu üzü bilirlər. Və son olaraq, üçüncüsünü sadəcə insan özü bilir. İçində baş verənləri, görünməyən üzündəki qırışları, o üzün gözlərimdən axan yaşları ancaq insan özü bilir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.