Həmişəlik yadında saxla, qızım, şimal səmti göstərən kompasın əqrəbi kimi, kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır. Hər şeydə. Heç vaxt yaddan çıxarma...
Amma bir çox kişinin fikir vermədiyi bir şey də var. Elə qadınların da diqqət etmədiyi. Bir barmaq günahlandırılan tərəfə baxarkən üç barmaq günahlandıran tərəfə baxır. Bu isə günahlandıranın günahkar mənasına gəlir.