10/10
·430 syf.··
Beğendi
·
2025 7. kitabı
·
7 günde okudu
·
Okunma: 10 Şubat 2025 13:22
Üzərimdə bu qədər təsir bağışlamış kitab haqqında incələmə yazmasaydım doğru olmazdı hərhalda. İlk olaraq başlayaq əsərin müəllifindən. İrvin Yalom eksistensial psixoterapiyanın əsas nümayəndələrindən biri hesab olunur. Maraqlısı isə odur ki, qeyd etdiyim psixoterapiyanın yönəldiyi əsas psixoloji problemlər(ölüm qorxusu, azadlıq, tənhalıq, həyatın mənasızlığı) bu əsərdə də geniş şəkildə işıqlandırılmışdı.Əsər fəlsəfə və psixologiyanın vəhdəti olmaqla yanaşı, aid olduğu dönəmin ideoloji sistemini, əxlaq və etik qaydalarını da əks etdirməsi ilə də əhəmiyyət kəsb edir. Kitabın əsas süjet xətti Nitsşe ilə doktor Breuer arasındakı "ağıl oyunları" ilə izlənən qarşılama ilə əhatə olunur. Breuerin Nitsşeni terapiya etməsi ilə başlanan proses sonradan doktoru xəstə roluna çevirərək qəribə forma almış olur. Fridrix Nitsşenin məşhur "üst insan" nəzəriyyəsinin izlənimləri filosofun həkimlə dialoqlarında ortaya çıxır. Əvvəldən sona kimi insanın tam azadlığını, sosial, əxlaq, din kimi məfhumların ortaya çıxardığı qaydalar çərçivəsindən çıxmaq lazım gəldiyini müdafiə edir. Nitsşeyə görə insan özü öz dəyərlərini yaratmaq iqtidarında olmalıdır. Bundan əlavə Nitsşe üçün ən böyük həqiqət insanın özünün kəşf elədiyi həqiqət hesab olunurdu. Bu dediklərimlə paralel filosof nə qədər məğrur, qürurlu davranış ortaya qoysa da, sonda gözyaşlarına hakim olmaması həyatın bizim üçün çarəsizlik payı deyildimi? İnsan oğlu bu periodlardan sonra nələrisə dəyişməyə çalışmalıdır. Doktor Breuer isə sağalana kimi konformist davranışın bariz nümunəsi idi. Baş verən hadisələrə insan kimi reaksiya verməkdən məhrum olmuşdu sanki. Doktorun terapiya dönəmində Nitsşe ilə dialoqlarında onun çəkdiyi acıları, məyusluqları hiss etməmək əldə deyil (hər nə qədər şəxsiyyət olaraq buna layiq olsa da). Breuerin timsalında şahidi oluruq ki, basdırdığımız hər bir duyğu bizi izləyir və həyatımızın müəyyən bir mərhələsində ortaya çıxacaq. Psixoanaliz deyərkən ilk xatırladığımızlardan olan Sigmund Freydin olduğu əsərdə şüuraltının az araşdırılması qəribə gəlsə də, sona doğru mənim üçün bu dilemma da öz həllini tapmış oldu. Əsərdə özünəməxsus yeri olan obraz isə şübhəsiz ki, Lou Salome idi. Bu obrazı gözəlliyi ilə yanaşı özəl edən məqam onun qorxunc zəkası idi(tarixdə ilk psixoanalitik qadın hesab olunur). Nitsşeni, Freydi aciz vəziyyətə salması məncə həmin şəxslərin sapioseksuallığından irəli gəlirdi. Kitabı oxuduqca elə bir mərhələ gəlir ki, reallıqdan uzaqlaşırsan, bir növ özünü itirirsən. Məlumdur ki, aid olduğumuz cəmiyyətdə insanlar qorxuları ilə üzləşmək də istəmirlər. Bu kitabı oxumaq o yöndən də faydalıdır. Ümumiyyətlə kitabda toxunulan mövzular cəmiyyətimizə toxunan mövzular silsiləsindəndir. Əgər oxucu əsərdən doğru nəticə çıxararsa həyatına yön vermək üçün ideal imkan əldə edər. Kitabın mənim üçün yeganə mənfi cəhəti isə, yəqin ki, müəyyən müddət bu kitabın təsiri ilə başqa əsər oxuya bilməyəcəyim olmasıdır. Hər birinizə xoş mütaliələr.
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202470bin okunma
·
631 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Əhsən, dostun. Təhlili maraqla oxudum. Belə gözəl əsəri mütaliə etməyin çox təqdirəlayiqdir. Uğurlar sənə!
Alibala Abdulxalıqov
Gönderi Sahibi
Təşəkkürlər, əziz dostum. Sənin kimi qələm sahibinin fikirləri mənim üçün dəyərlidir.
"Oxunmalı kitablar siyahısı"-na əlavə edildi
Alibala Abdulxalıqov
Gönderi Sahibi
Sizin kimi oxucu gərək çoxdan oxumuş olardı, yenə də gec deyil. Mütləq oxuyun
Kitabı oxumasaq da, oxumuş qədər olduq)
Alibala Abdulxalıqov
Gönderi Sahibi
Sizin kitabınız üçün də gələcək belə bir təhlil