Gönderi

Doğru zamanda ölmeyi bilin !.
10/10
·430 syf.··
Beğendi
·
2025 18. kitabı
·
11 günde okudu
·
Okunma: 05 Şubat 2025 09:23
Son zamanlarda oxuduğum ən şedevr kitab ola bilər. Hər səhifəsi ayrı bir dərs, ayrı bir həyatdır. İstədiyiniz hər şey bir kitabda necə belə gözəl işlənilə bilər ilahi... Sevgi, xəyanət, fəlsəfə, dostluq, kədər, düşüncələr, psixologiya, tibb və s və ilaxır. Bu kitab mənim həmişə ilk 5 liyimdə mütləq olacaq və kimsə məndən psixologiya ilə bağlı kitab önərisi istədikdə bir çox adamın oxuduğu 5 "köpüklük" dəyəri olmayan, sadəcə topici psixologiya gedir və milyonlar satılıb deyə önərməkdənsə bu şah-i-əsəri rahatlıqla hətta israrla önərəcəm. Hər səhifəsi ayrı bir şey düşündürür, çox dərinlərdə üzdürür insanı və bir yandanda obrazları haqqında da məlumat qazanmış olursunuz. Mən bu kitabdan öncə Nitşe(tam adını yazmağa həm ərinir həm səmimiyyəti öldürür) rəisin bir çox kitabını oxumuş, demək olar ki həyat hekayəsinin hamısına bələd idim. Bir çox videoya baxmış, əlavədən bir çox məqalə oxumuşdum onunla bağlı. Məhz bu səbəbdən kitab mənə ekstra maraqlı gəldi. Fikrimcə məsləhətim bu kitabı oxumamışdan öncə rəisin bir neçə kitabını (ən əsasıda Böyle Söyledi Zerdüşt) oxuyun, həyat hekayəsi ilə biraz tanış olun. Yazara isə deyəcək söz tapmıram, belə bir senari ərsəyə gətirmək dəhşət bir şeydir. Bu adamı qoy Hollywood-a elə filmlər ərsəyə gətirsinki 100 illər boyunca maraqla baxılsın. Daha çox detallı yazmağa gərək bilmədim amma sizə şiddətlə oxumağı önərə bilərəm belə nadir tapıntılar çox az olur, Dostoevsky, Tolstoy qədər danışılımır belə yazarlar və kitabları ona yanıram.
Edebiyat
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202469,9bin okunma
·
359 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.