Dune
9/10
·712 syf.··
Beğendi
·
2025 1. kitabı
·
331 günde okudu
·
Okunma: 25 Şubat 2025 00:00
Dune elmi-fantastika janrının əntiqə xüsusiyyətlərindən biri də, hansı ildə yazılmış olmağından asılı olmayaraq hər zaman gələcəkdə(n) yazılmış ab-havası verməyidir. 1965-ci ildə çapdan çıxmış bu əsər adıçəkilən janrın bünövrə sütunlarından sayılır. yazıçı özünəməxsus, unikal bir atmosfer yaratmağın öhdəsindən ustalıqla gəlib. barəsində çox şey yazmaq olar, çoxşaxəli, mərtəbəli romandır. nəzərə alsaq ki, 6 hissəli seriyanın ilk kitabıdır, cüzi durğun hissələri çıxmaq şərtilə xeyli oxunaqlı əsərdir. bir yerdən sonra elmi terminlərlə oxucunu boğan ağır elmi-fantastika deyil qətiyyən. müəyyən hissələrində həyəcanla vərəq çevirdiyimi xatırlayıram. 2021-ci ildə səhnələşdirilmiş filmdən yadımda qalan obrazları göz qabağına gətirərək oxuduğum üçün daha rahat oldu. elə füsunkar təsvir olunmuşdu ki, əsərdə mühim əhəmiyyət daşıyan o "melanj" ədviyyatının qoxusunu almağı çox istərdim. diqqət çəkən maraqlı digər bir xüsusiyyət isə, yazıçının islam dinindən, ələlxüsus ərəb dilindən olduqca təsirləndiyini açıq-aşkar əks etdirməsidir. əksər obrazların və yerlərin adları birbaşa tərcüməsi ilə birgə istifadə olunub və işlənmə yerinə görə arxasında ehtiram və rəğbət hiss olunur. 20-ci əsrdə amerikalı yazıçının belə bir addım atması ecazkardır. lakin əsəri gözümdə yaddaqalan qılan əsas məqam əvvəlindən axırına qədər su məfhumuna verilən önəm oldu. ucdan-uca qumluq və səhra diyarı planetində su kimi qiymətli və nadir cövhəri emal etmək, eləcə də qoruyub saxlamaq naminə çəkilən o qədər məşəqqət olduqca təqdirəlayiq idi, oxuyan kəsi istər-istəməz bolluğunda olduğunu israf və çirkləndirməkdən ibrətamiz nələrsə demədən çəkindirməyi bacarır. kitabı bitirdikdən sonra axan hər damcının belə dəyərini bilməyə başlayırsan. uzun müddətə bitirməyimə baxmayaraq, dəydi, çünki hər səhifəsindən zövq aldım. çoxlu sitatlar götürmüşəm, amma hamısını paylaşacaq vaxtım olmayacaq, çünki davam kitablarına keçməliyəm. -"Spice must flow!"
Bilim-Kurgu
DuneFrank Herbert · İthaki Yayınları · 202115,7bin okunma
·
41 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.