Salam, hər kəsə
Mixail Bulgakov - Genç bir doktorun anıları.
Əsər, yeni məzun olmuş, təcrübəsiz bir həkimin ölüm, xəstəlik və insanların ümidsizliyi ilə üzləşərkən keçirdiyi daxili sarsıntıları və inkişafını əks etdirir.
Əsərdə bəyəndiyim tərəflərdən biri həkimin qorxularıyla üzləşə bilmə cəsareti ve daima kitablarla iç içə olub nələrsə öyrənməyə cehd etmesi idi. Ancaq bəyənmədiyim tərəf daha doğrusu insana ciddi menfi tesir edən tərəfi o dövrün tibbi cahilliyi, bilgisizliyi idi. Həkim əslində bilgisizlikdən əziyyət çəkirdi insanlar da cehalətdən dünyasını dəyişirdi.
Bu kitab həm tibbi etika, həm də insan psixologiyası baxımından dərin məqamlar ehtiva edir. Həkimin qorxuları, tərəddüdləri və zamanla qazandığı özünəinam gözəl təsvir olunur. Əgər insan təbiətinin zəif cəhətləri və həkimlik peşəsinin çətinlikləri səni maraqlandırırsa, bu əsəri oxumağı tövsiyə edərdim.
Qeyd edim ki, Rusiyanın soyuğu çovğunun detallarına kimi o qədər incəliklə işlənib ki, oxuyucunun o küləyi, üşüməni, bürkünü, boz havanın verdiyi sıxınıtını hiss etməyə bilmir.
İndidən xoş oxumalar. Genç Bir Doktorun AnılarıMihail Bulgakov