7/10
·222 syf.··
2025 6. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Şubat 2025 00:00
Sabahattin Alidən oxuduğum ikinci əsərdir. Yazıçının isə ilk romanıdır. Romanda bəyəndiyim tərəflər- axıcı dildə yazılması, ədalətsiz sistemin mükəmməl təsviri, bəzi hissələri çıxsaq süjet xəttidir. Amma yenədə sözün açığı gözləntilərimi tam qarşılamadı- bu xüsusilə romanın sonluğu üçün keçərlidir. Düşünürəm ki daha fərqli cür yazıla bilərdi. Bəzi məqamların- Kübragilin aqibəti, Yusufun növbəti taleyi və s. qaranlıq və yarımçıq qalmasını sevmədim. Bunun səbəbi isə əvvəlcə romanın 3 cild şəklində yazılmasının planlaşdırılmasıdır. Lakin daha sonra yazıçının tənqidlərə məruz qalması, maddi sıxıntılar, eyni zamanda onun qəfil ölümü bu istəyin reallaşmamasına gətirib çıxardı. Ümumi olaraq romana 10 üzərindən 7 vermək olar. Kuyucaklı Yusuf Sabahattin Ali
Kuyucaklı YusufSabahattin Ali · Yapı Kredi Yayınları · 2025210,6bin okunma
·
130 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
kürk mantolu madonnadan sonra mənim də oxuduğum ikinci əsəridi və çox qəribə şəkildə hər iki romanın baş qəhrəmanlarını mənəvi sıxıntılarına qədər bir birlərinə bənzədirəm