Gönderi

Qisas ədalətdir yoxsa günah?
7/10
·80 syf.··
Beğendi
·
2025 12. kitabı
·
26 saatte okudu
·
Okunma: 05 Nisan 2025 08:36
“Qisas” kiçik həcimli olsa da, çox dərin psixoloji təsirə malik bir hekayədir. Əsər II Dünya Müharibəsində Almaniyanın Fransanı işğal etməsi və bu dövrdə alman zabitlərinin fransız xalqına qarşı göstərdiyi amansız münasibətlə başlayır. Alman zabiti Hans, fransız bir ailənin evinə yerləşdirilir və oradakı gözəl qız Annetə zorla sahib olur. Bu hadisə Annetin həyatını kökündən dəyişir. Ləkələnmiş bir qadın, işğalçının uşağını daşıyan bir ana – onun bundan sonrakı həyatı acı və iztirab doludur. Hans isə, zaman keçdikcə, Annetə qarşı izah edə bilmədiyi bir sevgi hiss etməyə başlayır. Lakin Annet bu sevgiyə qarşılıq vermir. Hans üçün bu rədd cavabı, onu ən çox yaralayan şeyə çevrilir. Hekayənin əsas sualı isə budur: Annetin ailəsi onu incidən bu adamı bağışlayacaqmı? Annet qisas ala biləcəkmi? Və ümumiyyətlə, qisas bir günahdırmı, yoxsa İlahi ədalət?
Edebiyat
QisasW. Somerset Maugham · Qanun · 0132 okunma
·
73 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.