Herper Lee qələmini sevdim, kitab içinə çəkdi məni. Elə ilk səhifələrdən özümü Skautun yerinə qoyub o səhvləri, düzləri birlikdə edib bəzən Attikusdan, bəzən də sevmədiyim Aleksandra bibidən öyüd, nəsihət alaraq böyüdüm.
Kitabın məndə ən çox iz buraxdığı hissə—Bizə yalanın necə iyrənc olduğu ilə yanaşı “Həqiqəti qəbul edə bilməyənlərə yalan lazımdı” kimi realistik düşüncəni də üzümüzə çırpmasıdır.
Spoiler:
Dolphus fəlsəfik yanaşır hətaya :D (sevdim bu obrazı) Attikus da məhkəmədə başdan bəri uduzacaqlarını bilirdi sanki. Münsiflər isə Tomu sadəcə qara dərili olduğuna görə günahlandırdılar. (irqçilik mövzuları ön plandadı)
Və biraz da o dövrün siyasətinə toxunulub, məhkəmə mövzuları kitabda geniş yer tutur və bu yordu məni.
..
Bu arada kitab mənə bəzən Şeker portakalını xatırladırdı.