·199 syf.··Beğendi
···Okunma: 15 Mayıs 2025 18:42 Çox gözəl və maarifləndirici kitab idi. Bəzi kitablardan fərqli olaraq bu kitabı oxudumaqdan yorulmadım- gənclərə çatdırılmalı olan fikirlər o qədər rahat şəkildə ifadə olunurdu ki, qısa müddətdə oxuyub bitirdim. Ailə həyatı qurmaq istəyən və ya buna hazırlaşan gənclər üçün çox tövsiyə edirəm. Xülasə bu kitab ailə həyatı qurmazdan öncə həyat yoldaşı seçimi, tanışlıq, nikah, toy, mehriyyə və s. bir çox əhəmiyyətli mövzulardan bəhs edir. Diqqətimi çəkən önəmli məsələlərdən biri- evlilik həyatına qədər qoymaq istəyən gənclərin ailələrinin bu cavanlara dəstəyi ilə bağlı olan tövsiyələr oldu.
Həmçinin kitabda bəzi insanların məktubları da yerləşdirilib, hansı ki, ailə həyatlarına aid təcrübə və hisslərini bölüşüblər.
Kitab əzəmətli Quran ayələri və Əhli-beytin pak hədisləri(ailə həyatı ilə bağlı olan) ilə daha da nurlandırılıb.
Bunu da qeyd etmədən keçməyim ki,mənim üçün kitabın ən sevimli hissəsi Həzrət Fatimə(s.ə.) və Həzrət Əlinin (ə) ailə həyatına aid hazırlıqlarından, Həzrət Rəsuləllahın(s) müdrik qərarlarından və tədbirlərindən bəhs olunan hissəsi idi.
Və bunu da qeyd edim ki,kitabda təhsil almaqla yanaşı necə ailə həyatı qurmaq olar sualına da ətraflı cavab verilib (hansı ki cavanların beynini bu sual çox məşğul edir və əfsuslar olsun bəzi cavanlar məhs "ailə həyatı qurmaq təhsilin davam etdirlməsinə maneədir" firki ilə evliliklərini xeyli gecikdirirlər).
Bunu da əlavə edim ki, kitabda həm gənc qızlara ,həm oğlanlara, həm valideynlərə, həm gənclərin ailələrinə bir çox tövsiyələr verilir.
Oxuyan hər kəsə xoş mütaliələr!