Tahmini Okuma Süresi:
5 sa. 38 dk.
Sayfa Sayısı:
199
Basım Tarihi:
1 Nisan 2008
Yayınevi:
Kevser Yayınları
ISBN:
9789944709156
Ülke:
Türkiye
Dil:
Türkçe
Format:
Karton kapak
Sıralamalar
Reklam

Yorumlar ve İncelemeler

8/10
·208 syf.··
Beğendi
·
2023 9. kitabı
·
6 günde okudu
·
Okunma: 16 Mart 2023 20:47
Çok beğenerek okuduğum kitaplardan birisidir. Yön gösterecek, islamda eşlerin nasıl olması gerektiğini, hayat arkadaşı olmanın ne anlama geldiğini anlatan, evliliğe kadar sürecin doğru şekilde nasıl yapılması gerektiğini anlatıyor.
Həyat Yoldaşı SeçimiAyetullah İbrahim Emini · Zərdabi Ltd. MMC Matbaası · 201520 okunma
Bismilləhir Rahmənir Rahim
10/10
·199 syf.··
Beğendi
·
2025 5. kitabı
·
8 günde okudu
·
Okunma: 15 Mayıs 2025 18:42
Çox gözəl və maarifləndirici kitab idi. Bəzi kitablardan fərqli olaraq bu kitabı oxudumaqdan yorulmadım- gənclərə çatdırılmalı olan fikirlər o qədər rahat şəkildə ifadə olunurdu ki, qısa müddətdə oxuyub bitirdim. Ailə həyatı qurmaq istəyən və ya buna hazırlaşan gənclər üçün çox tövsiyə edirəm. Xülasə bu kitab ailə həyatı qurmazdan öncə həyat yoldaşı seçimi, tanışlıq, nikah, toy, mehriyyə və s. bir çox əhəmiyyətli mövzulardan bəhs edir. Diqqətimi çəkən önəmli məsələlərdən biri- evlilik həyatına qədər qoymaq istəyən gənclərin ailələrinin bu cavanlara dəstəyi ilə bağlı olan tövsiyələr oldu. Həmçinin kitabda bəzi insanların məktubları da yerləşdirilib, hansı ki, ailə həyatlarına aid təcrübə və hisslərini bölüşüblər. Kitab əzəmətli Quran ayələri və Əhli-beytin pak hədisləri(ailə həyatı ilə bağlı olan) ilə daha da nurlandırılıb. Bunu da qeyd etmədən keçməyim ki,mənim üçün kitabın ən sevimli hissəsi Həzrət Fatimə(s.ə.) və Həzrət Əlinin (ə) ailə həyatına aid hazırlıqlarından, Həzrət Rəsuləllahın(s) müdrik qərarlarından və tədbirlərindən bəhs olunan hissəsi idi. Və bunu da qeyd edim ki,kitabda təhsil almaqla yanaşı necə ailə həyatı qurmaq olar sualına da ətraflı cavab verilib (hansı ki cavanların beynini bu sual çox məşğul edir və əfsuslar olsun bəzi cavanlar məhs "ailə həyatı qurmaq təhsilin davam etdirlməsinə maneədir" firki ilə evliliklərini xeyli gecikdirirlər). Bunu da əlavə edim ki, kitabda həm gənc qızlara ,həm oğlanlara, həm valideynlərə, həm gənclərin ailələrinə bir çox tövsiyələr verilir. Oxuyan hər kəsə xoş mütaliələr!
Evlilik
Eş SeçimiAyetullah İbrahim Emini · Kevser Yayınları · 200820 okunma
8/10
·208 syf.··
Beğendi
·
2026 3. kitabı
·
29 günde okudu
·
Okunma: 05 Şubat 2026 13:32
İbrahim Əmini burada evliliyi həyatın ən ciddi qərarlarından biri kimi təqdim edir və oxucunu hisslərlə yox, şüurla düşünməyə çağırır. Kitabın əvvəlində evliliyin məqsədi izah olunur. Burada evlilik sadəcə birlikdə yaşamaq deyil, ruhi sakitlik, qarşılıqlı inkişaf və məsuliyyət paylaşımı kimi göstərilir. Oxucuya aydın olur ki, doğru seçim təsadüflə yox, düzgün meyarlarla mümkündür. Müəllif həyat yoldaşı seçimində iman, əxlaq və düşüncə uyğunluğunu əsas meyar kimi önə çəkir. Xarici görünüşün, maddi imkanların və sosial statusun təkbaşına yetərli olmadığı açıq şəkildə izah olunur. Oxuyarkən başa düşürsən ki, kitab “kim xoşuma gəlir?” sualından çox, “kimlə yol gedə bilərəm?” sualına cavab axtarır. Kitabda kişi və qadının xüsusiyyətləri ayrıca izah edilir. Müəllif hər iki tərəfin psixoloji və mənəvi fərqlərini göstərərək, bu fərqlərin evlilikdə problem yox, düzgün anlaşılarsa tamamlayıcılıq yarada biləcəyini vurğulayır. Bu hissələr praktik və real nümunələrlə izah edildiyi üçün oxucuya yaxın gəlir. Əhəmiyyətli bölmələrdən biri də ailələrin rolu, tanışlıq mərhələsi və nişan dövrü ilə bağlıdır. Müəllif tələskən qərarların fəsadlarını göstərir və araşdırma, müşahidə və məsləhətin vacibliyini vurğulayır. Burada romantik sürət yox, tədbir və səbr tövsiyə olunur. Kitabın sonlarına doğru evlilikdən sonrakı gözləntilər və məsuliyyətlər də xatırladılır. Yəni müəllif seçimi idealizə etmir, oxucuya açıq şəkildə deyir ki, doğru seçim problemsiz həyat demək deyil, amma problemlə başa çıxmaq üçün sağlam zəmin yaradır. Yekun olaraq, Həyat yoldaşı seçimi oxucuya evlilik haqqında xəyallar qurmaqdan çox, düzgün qərar verməyi öyrədən bir kitabdır. Oxuyub bitirəndə insan anlayır ki, həyat yoldaşı seçimi sevgi ilə başlayır, amma ağıl, məsuliyyət və dəyərlərlə davam etməlidir.
Həyat Yoldaşı SeçimiAyetullah İbrahim Emini · Zərdabi Ltd. MMC Matbaası · 201520 okunma