Ramazan — [yanmaq, yay ilə payız arasında yağan yağış].
Yandırmaqla yağdırmaq arasındakı sirdir.
Bir tərəfdən daxildəki pası yandıran ilahi bir atəş,
Digər tərəfdən rəhmət kimi yağan bir arınma (təmizlənmə) yağışı...
Oruc tutan şəxslər bu ayda nəfslərinə digər aylara nisbətən daha çox üstün gələ bildiklərini və öz varlıqlarında Allahın Rububiyyət sifətinin təcəllisinin şahidi olurlar. (Yəni Onun tədbir və tərbiyə vəsfi olan Rububiyyət sifəti, ən kiçik qarışqadan ən böyük filə qədər hər canlının ruzisi və tərbiyəsi ilə bağlıdır; onların ən bəsit ehtiyaclarını belə qarşılayır.)
Ramazan, zahirdə aclıq; batində (daxildə) vüslatdır (qovuşmaqdır).
Mədə susarkən qəlb danışmağa başlayar.
Bədən zəifləyərkən ruh güc tapar.
Nəfs daralarkən sirr qapıları aralanar.
Günahın çətinləşməsi, qəlbin yüngülləşməsi bundandır.
Çünki Ramazanda insan fitrətinə yaxınlaşar.
Fitrət isə Allaha dönük saf aynadır.
O aynadakı tozlar azaldıqca, əks olunan nur artar.
Aclıq burada bir yoxluq deyil; bir xatırlayışdır.
Qul, möhtaclığını idrak edər.
Möhtaclıq idrakı isə qulluğun qapısıdır.
Bədən gücdən düşərkən, ruh ilahi süfrədən nəsibini alar.
Bir ilin qəfləti ilə yaranan mənəvi aclıq, bu ayda doyurulur.
Qul anlayar ki:
Əsl ruzi çörək deyil, yaxınlıqdır.
Əsl susuzluq su deyil, hüzurdur.
__Hz. Peyğəmbərin (s.a.v.) müjdələdiyi kimi, Ramazanın ilk gecəsi açılan qapılar, əslində göyün deyil, qəlbin qapılarıdır.
Və o qapılar son gecəyə qədər açıq qalar.__
Ey könül yolçusu...
Ramazan sadəcə təqvimdə bir ay deyildir;