Gönderi

Puan vermedi·280 syf.··
2025 26. kitabı
Uzun zamandır oxumaq istədiyim lakin cəsarət tapıb oxuya bilmədiyim bir kitab idi.Bir gün o cəsarəti özümdə tapıb oxumağa qərar verdim.Onu qeyd edim ki,incələməni kitabı oxuduqdan bir neçə ay sonra yazıram.Səbəbi isə bu kitab haqqında incələmə yazmağında ən azı kitabı oxumaq qədər çətin olmasıdı.16 yaşlı qızın tükürpədici,ürəkdağlayan hekayəsi..Heç bilmədim,kitaba necə başladım,necə bitirdim.Hər yeni səhfəyə keçdikdə donub qalırdım.Beynimdə dəhşət içərən suallar,ürəyimdə oxuyub,inanmaq istəmədiklərimin ağırlığı..Ən dəhşətli tərəfidə bunun xəyal ünsürü yox,təmamilə gerçəkliyi əks etdirməsidir.Təəssüf ki,zalim dünyamızda "Leyla"lar bir deyil,minlərlədir.Onun həyatı,gələcəyi,ümidləri bir sözlə hər şeyi alınıb əlindən.Həqiqətəndə "coğrafiya teledir"mi görəsən? Yaşadığımız həyatın qədrini bilək,hər anımıza görə Rəbbimizə şükür etməyi unutmayaq.
LeylaAlexandra Cavelius · Pegasus Yayınları · 20168,8bin okunma
·
35 Gösterim
1 Yorum
Məndə Reylslər üzərinə uzanan adamı oxuyub bitirdikdən sonra belə oldu. Nə qədər vaxt keçdi sonra o kitabın incələməsini yazmağa özümdə necə deyərlər cəsarət tapdım
Haqlısınız,o da həftələrlə depressiyaya salanlardandır..
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.