Keçmişə qayıdıb orta əsrlərdə yaşamaq, həmin dövrün insanlarının həyatı və düşüncə tərzi ilə tanış olmaq istərdiniz mi?
Bu kitab bizə bu fürsəti bir az daha fantastik şəkildə verir.Dünyadan bir qrup xüsusi təlim görmüş insanlar Yerin orta əsrlər dövrünün hökm sürdüyü uzaq bir planetə tədqiqat məqsədilə göndərilir.Bu planetin insanları biolojik olaraq Yerin insanlarından fərqlənmir, sadəcə, elmi tərəqqidə geri qalmışlar.Yerdən göndərilmiş insanlar onların həyat şəraitinə müdaxilə edə bilməz, amma tədqiqatçılar bu planetdə hökm sürən vəhşiliyə qarşı biganə qalmaqda əziyyət çəkirlər.Bu planetin insanları tədqiqatçılara ilahi bir qüvvə kimi baxırlar.
Elmi-fantastik əsər olmasına baxmayaraq bu kitab, sadəcə, insana adrenalin vermək üçün yazılmış bir əsər deyil.Kitabın cümlələrində insanın daxili təbiəti haqqında çox gözəl və əhəmiyyətli məlumatlar yatır.Məncə, bu kitabı hamı oxumalıdır Allah Olmaq ÇətindirArkadi Strugatski