Uşaq yaşlı adamın bəd xislətini ifşa edəndə onun kiçik beynində belə bir fikir formalaşır ki, yaşlılar elə də dərrakəli insanlar deyil; onların mülahizələri o qədər də müdrik, düşüncə tərzləri düzgün, qərarları ədalətli deyil və bu zaman onun uşaq qəlbi ümidsizlik və qüssəylə dolur. Onun tanrılaşdırdığı varlıq göydən enərək yoxluğa qovuşur və bu zaman uşağın təhlükəsizlik duyğusu bir neçə dəfə artır. Tanrının yoxluğa qovuşması isə tədricən baş vermir- o, uşağın gözündə müqəddəsliyini birdəfəlik itirərək yerlə bir olur. Tanrını öz yerinə qaytarmaq artıq qeyri-mümkün görünür və o, bir daha heç zaman öncəki parlaqlığını və əzəmətini özünə qaytara bilmir. Uşağın belə bir şəraitdə böyüməsi isə çox ağır və əzablı olur.
İndiki insanlar fərqlidir: onlar öz güclərinə inanmır, ehtiyac yarananda isə qüvvətli bir adam tapıb onun arxasınca gedirlər. O adam isə istənilən zaman haqsız ola bilər və səhvlər buraxaraq insanları yanlış istiqamətə apara bilər.
Başqa heç bir şeyin olmadığı təqdirdə əlində olan istənilən şeylə öyünmək olar. Ümumiyyətlə, insan nə qədər az şeyə sahib olursa, bir o qədər lovğalanmağa meyilli olur.