Mirhəmid Hadıyev

Yəqin ki, sevgi insanların içində şübhə hissi yaradır, onların inamını öldürür. İnsan bir qadını sevəndə daim ondan şübhələnir, çünki özünə olan inamını itirir, məgər belə deyil?
Sayfa 85 - Qanun nəşriyyatı·Kitabı okuyor
Etimoloji Defteri
Mücellit Nedir ?
İnsan nə dərəcədə soyuqqanlı olmalıdır ki, gözünün qarşısında qanına bələnmiş, bədəninin əzələlərinin cırılmasına kimi şallaqlanan insanları görəndə mərhəmət, qəzəb və maraq hissini büruzə verməsin? Adam bu elmi yaxşı öyrənmişdi.
Sayfa 71 - Qanun nəşriyyatı·Kitabı okuyor
Hələ hərbi xidmət zamanı Adam mənimsəmişdi ki, qorxu hissi yaşayan insan təhlükəli heyvan kimi bir şeydir.
Sayfa 71 - Qanun nəşriyyatı·Kitabı okuyor
O, artıq anlamışdı ki, bəzi insanlar öz növündən olan digər insanları heyvan hesab edir və onlarla yola getməyin ən yaxşı üsulu gerçəkdən özünü heyvan kimi aparmaqdan ibarətdir. Təmiz qırxılmış üz və dik baxış şübhə doğurur ki, bunun da sonu cəza ilə qurtarır. Adam qərara gəlmişdi ki, insan zorakı əməl törədəndə öz vicdanının əzab çəkməyinə səbəb olur və buna görə də, o, kimisə mütləq cəzalandırmalıdır
Sayfa 71 - Qanun nəşriyyatı·Kitabı okuyor
Uşaq yaşlı adamın bəd xislətini ifşa edəndə onun kiçik beynində belə bir fikir formalaşır ki, yaşlılar elə də dərrakəli insanlar deyil; onların mülahizələri o qədər də müdrik, düşüncə tərzləri düzgün, qərarları ədalətli deyil və bu zaman onun uşaq qəlbi ümidsizlik və qüssəylə dolur. Onun tanrılaşdırdığı varlıq göydən enərək yoxluğa qovuşur və bu zaman uşağın təhlükəsizlik duyğusu bir neçə dəfə artır. Tanrının yoxluğa qovuşması isə tədricən baş vermir- o, uşağın gözündə müqəddəsliyini birdəfəlik itirərək yerlə bir olur. Tanrını öz yerinə qaytarmaq artıq qeyri-mümkün görünür və o, bir daha heç zaman öncəki parlaqlığını və əzəmətini özünə qaytara bilmir. Uşağın belə bir şəraitdə böyüməsi isə çox ağır və əzablı olur.
Sayfa 28 - Qanun nəşriyyatı·Kitabı okuyor