Məncə, bu kitabı hamı oxumalıdır.Bu kitabın baş qəhrəmanı əqli geriliyi olan Çarli Qordon adında bir ŞƏXSİYYƏTDİR(Bu sözü böyük hərflərlə yazmağımın səbəbi kitabda var.)
Çarli Qordon cərrahiyə əməliyatı nəticəsində bir dahiyə çevrilir və həyatı tamamilə dəyişir.
Kitab Çarli Qordonun hesabatları şəklində yazılıb.Kitabın yazılış tərzi(Azərbaycan dilinə tərcüməsi də həmçinin) bizə Çarlinin dəyişimini yaxından izləməyə icazə verir.Hətta belə deyərdim ki, yazılış tərzi səbəbilə özümüzü Çarlinin yerində hiss edirik.
Kitabda çox bəyəndiyim hissələrdən bir neçəsi də dahi Çarlinin özünü ağıldankəm Çarlinin gözündən görməsidir, çünki bunu bir çox insan həyatında yaşayır. Hansısa bir mühitin bizə çox pis təsir etdiyini hiss etdikdə ani olaraq sanki ruhumuz bədənimizdən ayrılır , kənardan bizə baxır və bizi tənqid edir.
Müxtəsər olaraq bu kitab insanın beyni ,qəlbi və ruhu arasındakı əlaqələri bizə böyük emosionallıqla nümayiş etdirir.