Gönderi

Bol-bol spoiler var!!!
8/10
·1062 syf.··
2025 2. kitabı
·
10 günde okudu
·
Okunma: 02 Haziran 2025 20:05
Dünyada 2 tip insan var: Tolstoy və Dostoyevskiçilər. Hansı tipdən olduğumu bəlli eləməsəm də (qəti) Tolstoy yaradıcıllığından oxuduğum ilk kitaba görə qat-qat yaxşı idi. Kitaba qarşı məni bağlayan nüanslardan ən önəmlisi o idi ki, kitaba adını verən Anna Karenina personajıyla yanaşı, yazıçı bizi digər personajların da daxili dünyasına səyahətə aparır. Və beləliklə oxucular demək olar ki, bütün xarakterlərlə empatiya qura bilir. Əsərdə tək sevmədiyim personajın Anna Karenina olduğunu deyə bilərəm. Mənə görə Konstantin Levin bütün romanı öz çiynində daşıdı. Anna personajı həyatda nə istədiyini bilməyən, mənəvi rifahı olmayan, ailə-dəyər bağından yoxsun 'köksüz nilufər'dir. O, yüksək vəzifə sahibi Aleksey Aleksandroviç ilə evlidir və Seryoja adında bir oğulları var. Bir gün qardaşının ailəsindəki problemi həlletmək üçün Moskvaya gəlir, burdaysa qraf Vronsky ilə tanış olur və ona aşiq olur. Bir müddət sonra onlar davamlı olaraq görüşməyə başlayırlar, Aleksey Aleksandroviç bu hadisədən xəbər tutsa da Annaya qarşı mərhəmətli davranaraq ona hərşeyi düzəltməsi üçün şans verir lakin heç nə gözlədiyi kimi olmur. Anna uşağını da ataraq Vronsky ilə Peterburqa qaçır. Zaman keçdikcə Vronskynin ona qarşı olan sevgisinin dəyişdiyini, dəyərdən düşdüyünü görən Anna bunu özünə yedirdə bilmir və bu zamandan sonra artıq onun daxili çatışmaları başlayır. Hamının heyran olduğu gözəlliyi ilə hamını əldə edə biləcəyini düşünən Annaya bu sevgisizlik və dəyərsizlik sillə kimi çırpılır. Annanın intiharı da mənim fikrimcə dəyərsizlik duyğusundan irəli gəlir. Heçnə ilə qane edə bilmir özünü, həmişə daha artığını istəyir. Onun ölümündən sonra Vronskidən olan balaca qızına da Aleksey Aleksandroviç baxır. Əslində Annanın intiharı həm də özünü cəzalandırmağı idi. Çünki onu bu həyatda qarşılıqsız sevənin sadəcə və sadəcə Aleksey olduğunu o da anlayır. Mənim üçün romanın ən yüksək insani keyfiyyətlərə və sadiqliyə sahib olan Levin personajı isə əslində məhz Tolstoyun özü imiş... Levinin Kiti'yə olan sevgisi, Kiti başqa birini seçsə də onu gözləməsi, sevgisinin ona qarşı azalmaması və həmişə dürüst, idealist olması onu digərlərindən həmişə fərqləndirirdi. Romanı daha çox Levinin gözündən oxuyuruq, yəni Tolstoyun :)
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,5bin okunma
·
306 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Sizinlə həmfikirəm ancaq sözün doğrusunu desəm, Anna Karenina haqqında görüşləriniz çoğunun xoşuna getməyəcək, xüsusilə də, feministlərin. Tolstoy zirvədir, başqasının onunla müqayisəsi 🤔 nə bilim...
Aitan Muradova
Gönderi Sahibi
Rus ədəbiyyatı oxuyuçuları adətən 2 hissəyə bölünürlər. Mənim üçün Dostoyevski zirvədir, sizin üçün isə Tolstoy. Kitab haqqında şərhi yazarkən Anna personajına haqq verməyə çox cəhd elədim lakin 1 dənə belə nüans tapa bilmədim. Bəlkə də Seryoja olmasa idi hardasa başa düşülərdi Annanın etdiyi seçimlər. Seryojanın məsum sevgisinə qətiyyən layiq deyildi Anna. Onu atıb getsə də gözləməyi, onun haqqında hamıdan maraqlanmağa çalışması... kitabı anlayaraq oxuyan insanlar əminəm ki, belə düşünəcək:)