Aitan Muradova

Aitan Muradova
@Aiitenm
live laugh read
Interpreter
Baku
Baku, 27 Ocak
17 okur puanı
Nisan 2024 tarihinde katıldı
"İnsanoğlu sıxıntılarını hesaba qatmağı sevir, amma sevinclərini hesaba qatmaz. Onları lazım olduğu kimi hesaba qatsa, hər kəsin taleyində yetərli miqdarda xoşbəxtliyin olduğunu görərdi. Hətta bəzən xoşbəxtliyin yarısı da kədərdir."
Dostoyevski
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Burada spoiler yoxdur!
Puan vermedi
Böyük ümid və gözləntilərlə oxumağa başladığım amma mövzusu mənə çox bəsit gələn bir mütaliə prosesi oldu. Kitabı ümumiyyətlə çox da araşdırmamışdım həyəcanı qaçmasın deyə. Lakin bu qədər overrated bir kitab olduğunu bilmirdim. Əsərimizin mövzusu irqçilikdir. Bu mövzuda yazılan minlərlə kitab var, demək olar ki, əksəriyətini oxumuşam, şərhin sonunda da birini tövsiyyə edəcəm. Pultizer ədəbiyyat mükafatına layiq görülən bir kitabın ən azından daha fərqli olmağını, danışılmayan nüanslara toxunmağını gözləyərdim. Hadisələrə biz balaca bir uşağın - Scout-un gözündən baxırıq, onun saflığı ilə oxuyuruq hər şeyi. ABŞ-ın Alabama əyalətinə 1930-cu illərə səfər edirik və burada 2 uşağı ilə yaşayan vəkil bir ata və onun müvəkkilinin hekayəsini oxuyuruq. Attikus (ata) mənə görə uşaqlarına qarşı soyuq və vecsiz biri idi, amma yetişdirmə tərzi doğurdan da təqdirə layiq idi. Onlara vicdanən yaxşı bir insan kimi yetişmək üçün hər şeyi öyrədirdi. Kitabda mənim ən sevdiyim personaj uşaqların - Scout və Jem'in dayəsi Calpurnia oldu. Ailənin yaşadığı qəsəbə zənci-bəyaz irqçiliyi problemi ilə tanınır. Attikusun müvəkkili də məhz elə bu problemin yaratdığı mövzudan zərərçəkəndir. Bu hadisənin fonunda problemləri oxumuş oluruq. Kitabın ortalarına qədər sanki kitab oxuyurmuş kimi yox da daha çox film izləyirmiş kimi hissetdim. Kinometrajı doldurmaq üçün filmlərə mənasız drone kadrları əlavə edilməsi= Mən klassik oxuyucusu olaraq bunları deyirəmsə hələ, məncə sözümə haqq verin. Kitabın əyləncəli və maraqlı hissələri Scout və Jem-in qəsəbədəki dostlarıyla etdiyi təhlükəli dəcəllikləri idi. Total olaraq yorucu və bəsit bir kitab idi. Yenə də oxumaq istəsəniz boş zamanınızda şans verə bilərsiz. İrqçilik mövzusunda tövsiyyə edəcəyim kitab isə: "Ən mavi göz" Toni Morrison.
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201988,8bin okunma

Aitan Muradova

, bir kitap okudu
7/10
·464 syf.·
8 günde okudu
·
2025 3. kitabı
Mihail Bulgakov
7.8/10 · 10,2bin okunma
"Bu səbəblə müharibə, keçmiş müharibələrlə müqayisədə bir teatr oyunundan ibarətdir. Buynuzları bir-birlərinə zərər verməyəcək halda əyilib bükülmüş heyvanların davası kimi idi."
Bol-bol spoiler var!!!
8/10
·1062 syf.··
2025 2. kitabı
·
10 günde okudu
·
Okunma: 02 Haziran 2025 20:05
Dünyada 2 tip insan var: Tolstoy və Dostoyevskiçilər. Hansı tipdən olduğumu bəlli eləməsəm də (qəti) Tolstoy yaradıcıllığından oxuduğum ilk kitaba görə qat-qat yaxşı idi. Kitaba qarşı məni bağlayan nüanslardan ən önəmlisi o idi ki, kitaba adını verən Anna Karenina personajıyla yanaşı, yazıçı bizi digər personajların da daxili dünyasına səyahətə aparır. Və beləliklə oxucular demək olar ki, bütün xarakterlərlə empatiya qura bilir. Əsərdə tək sevmədiyim personajın Anna Karenina olduğunu deyə bilərəm. Mənə görə Konstantin Levin bütün romanı öz çiynində daşıdı. Anna personajı həyatda nə istədiyini bilməyən, mənəvi rifahı olmayan, ailə-dəyər bağından yoxsun 'köksüz nilufər'dir. O, yüksək vəzifə sahibi Aleksey Aleksandroviç ilə evlidir və Seryoja adında bir oğulları var. Bir gün qardaşının ailəsindəki problemi həlletmək üçün Moskvaya gəlir, burdaysa qraf Vronsky ilə tanış olur və ona aşiq olur. Bir müddət sonra onlar davamlı olaraq görüşməyə başlayırlar, Aleksey Aleksandroviç bu hadisədən xəbər tutsa da Annaya qarşı mərhəmətli davranaraq ona hərşeyi düzəltməsi üçün şans verir lakin heç nə gözlədiyi kimi olmur. Anna uşağını da ataraq Vronsky ilə Peterburqa qaçır. Zaman keçdikcə Vronskynin ona qarşı olan sevgisinin dəyişdiyini, dəyərdən düşdüyünü görən Anna bunu özünə yedirdə bilmir və bu zamandan sonra artıq onun daxili çatışmaları başlayır. Hamının heyran olduğu gözəlliyi ilə hamını əldə edə biləcəyini düşünən Annaya bu sevgisizlik və dəyərsizlik sillə kimi çırpılır. Annanın intiharı da mənim fikrimcə dəyərsizlik duyğusundan irəli gəlir. Heçnə ilə qane edə bilmir özünü, həmişə daha artığını istəyir. Onun ölümündən sonra Vronskidən olan balaca qızına da Aleksey Aleksandroviç baxır. Əslində Annanın intiharı həm də özünü cəzalandırmağı idi. Çünki onu bu həyatda qarşılıqsız
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,7bin okunma