Aitan Muradova

Aitan Muradova
@Aiitenm
live laugh read
Interpreter
Baku
Baku, 27 Ocak
17 okur puanı
Nisan 2024 tarihinde katıldı
Bol-bol spoiler var!!!
8/10
·1062 syf.··
2025 2. kitabı
·
10 günde okudu
·
Okunma: 02 Haziran 2025 20:05
Dünyada 2 tip insan var: Tolstoy və Dostoyevskiçilər. Hansı tipdən olduğumu bəlli eləməsəm də (qəti) Tolstoy yaradıcıllığından oxuduğum ilk kitaba görə qat-qat yaxşı idi. Kitaba qarşı məni bağlayan nüanslardan ən önəmlisi o idi ki, kitaba adını verən Anna Karenina personajıyla yanaşı, yazıçı bizi digər personajların da daxili dünyasına səyahətə aparır. Və beləliklə oxucular demək olar ki, bütün xarakterlərlə empatiya qura bilir. Əsərdə tək sevmədiyim personajın Anna Karenina olduğunu deyə bilərəm. Mənə görə Konstantin Levin bütün romanı öz çiynində daşıdı. Anna personajı həyatda nə istədiyini bilməyən, mənəvi rifahı olmayan, ailə-dəyər bağından yoxsun 'köksüz nilufər'dir. O, yüksək vəzifə sahibi Aleksey Aleksandroviç ilə evlidir və Seryoja adında bir oğulları var. Bir gün qardaşının ailəsindəki problemi həlletmək üçün Moskvaya gəlir, burdaysa qraf Vronsky ilə tanış olur və ona aşiq olur. Bir müddət sonra onlar davamlı olaraq görüşməyə başlayırlar, Aleksey Aleksandroviç bu hadisədən xəbər tutsa da Annaya qarşı mərhəmətli davranaraq ona hərşeyi düzəltməsi üçün şans verir lakin heç nə gözlədiyi kimi olmur. Anna uşağını da ataraq Vronsky ilə Peterburqa qaçır. Zaman keçdikcə Vronskynin ona qarşı olan sevgisinin dəyişdiyini, dəyərdən düşdüyünü görən Anna bunu özünə yedirdə bilmir və bu zamandan sonra artıq onun daxili çatışmaları başlayır. Hamının heyran olduğu gözəlliyi ilə hamını əldə edə biləcəyini düşünən Annaya bu sevgisizlik və dəyərsizlik sillə kimi çırpılır. Annanın intiharı da mənim fikrimcə dəyərsizlik duyğusundan irəli gəlir. Heçnə ilə qane edə bilmir özünü, həmişə daha artığını istəyir. Onun ölümündən sonra Vronskidən olan balaca qızına da Aleksey Aleksandroviç baxır. Əslində Annanın intiharı həm də özünü cəzalandırmağı idi. Çünki onu bu həyatda qarşılıqsız
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,7bin okunma
Ferman Mamedov isimli okura yanıt verildi
Aitan Muradova
Rus ədəbiyyatı oxuyuçuları adətən 2 hissəyə bölünürlər. Mənim üçün Dostoyevski zirvədir, sizin üçün isə Tolstoy. Kitab haqqında şərhi yazarkən Anna personajına haqq verməyə çox cəhd elədim lakin 1 dənə belə nüans tapa bilmədim. Bəlkə də Seryoja olmasa idi hardasa başa düşülərdi Annanın etdiyi seçimlər. Seryojanın məsum sevgisinə qətiyyən layiq deyildi Anna. Onu atıb getsə də gözləməyi, onun haqqında hamıdan maraqlanmağa çalışması... kitabı anlayaraq oxuyan insanlar əminəm ki, belə düşünəcək:)
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
10/10
·517 syf.··
Beğendi
·
2025 13. kitabı
Martin İden romanı özündə həyatla bağlı çox şeyləri ehtiva edən bir əsərdir. Cek London bu əsərdə insanın yüksəlişini, arzuların arxasınca gedərək özünü aşma gücünü və nəhayət, bütün bunların puçluğunu göstərir. Martinin faciəsindən sonra belə nəticəyə gələ bilərik ki, o, əvvəlki proletar həyatına davam etsəydi, daha xoşbəxt yaşaya bilərdi. Deməli, uğur, şöhrət və pul hər adamı xoşbəxt edə bilməz, bəzən xoşbəxtlik miskin hesab etdiyimiz tərəfimizdədir, sadəcə biz onu görmürük. Martin İden – yoxsul, amma istedadlı bir gəncdir. Onun həyatının dönüş nöqtəsi Ruth ilə qarşılaşmasıdır. Martin Ruth-u ilahi bir varlıq, əlçatmaz bir möcüzə kimi görür. Bu görüş Martin üçün yalnız bir sevgi hekayəsi deyil, bütün həyatının yeni məcraya yönəlməsi deməkdir. Ruth onun üçün həm ilham, həm də məqsədə çevrilir. Onun dünyasına daxil olmaq, sevgisinə layiq olmaq üçün Martin bütün varlığını fəda edir. Əslində, Martin İdenin ən böyük gücü də buradadır: o özünə məqsəd qoyur və o məqsəd uğrunda bütün varlığını sərf edir. Oxuyur, öyrənir, yazır, çətinliklərə tab gətirir. O, artıq sadəcə bir insan deyil – öz ideallarının əsgəridir. Burada yazar göstərir ki, insanın iradəsi və özünü inkişaf arzusu onu inanılmaz zirvələrə apara bilər. Amma paradoks ondadır ki, bu zirvələr Martinin ruhunu xilas etmir. O yazıçı olur, şöhrət qazanır, əsərləri çap olunur. Amma bir gün anlayır ki, bütün bu uğurlar onun içindəki boşluğu doldura bilmir. Onun yüksəlişinin qaynağı olan sevgi artıq mövcud deyil. Əvvəllər ona ilham verən qadın indi onun ruhunda yalnız xəyal qırıqlığı yaradır. Martin Ruth üçün bütün varlığını xərclədi. Həyatının mərkəzinə özünü yox onu qoydu, onun üçün yaşadı və mübarizə apardı. Burada Cek London böyük bir həqiqəti göstərir: insanın motivasiyası xaricdən gəldikdə – sevgidən, özünü başqasına
1000Kitap
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,3bin okunma
Aitan Muradova
Bu qədər pula və şöhrətə sahib olduqdan sonra həyatın axışını idarə etmək özü də böyük bir iradə gərəktirir. Martin bu mövzuda məncə iradəsiz idi. Hər şeyi lehinə çevirə bilərdi, o isə ipləri əlində saxlamağı bacarmadı təəssüf:(