Hər iki atanı aradakı dağ qədər sosial fərqə baxmayaraq birləşdirən şey oğullarına qarşı olan təmənnasız sevgiləridir. Əsərdə Turgenyev bizə 2 fərqli ailədə böyümüş, fərqli mentalda tərbiyə edilmiş, sosial statusları bir-birindən tamamilə ayrı olan 2 oğulun dostluğuyla başlayan hekayə təqdim edir. Dostlar Yevgeni Bazarov və Arkadiy Kirsanovdur. Məktəbi bitirdikdən sonra Arkadiy, Bazarovu evinə qonaq edir və bir müddət Bazarov onlarda yaşayır. Əksər oxuyucuların nifrətini qazanmasına baxmayaraq Yevgeni Vasilyeviç Bazarov personajı mənim qəlbimdə xüsusi yer tutdu. O, narsist sayıla biləcək qədər özünə güvənir, özünü digərlərindən üstün bilir və heçkimi müqayisə belə etməyəcək qədər dəyərli görmür. Hətta Arkadiy və atası Nikolay Kirsanov arasındakı münasibət də Yevgeniyə saxta və yersiz gəlir. Yevgeni onların evində qaldığı müddət boyunca yüksək təbəqənin insanlarının kəndlilərə necə əziyyət verməyini, davamlı olaraq onları alçaltmağını və adam yerinə qoymamağını Kirsanovların timsalında görürük. Kitabı oxuyanda Yevgeni Bazarovun monoloq və dialoqları mənə çox ləzzət edirdi ahaha. Hamını yarğılamağı, Kirsanovlara "pis soylular" deməyi (bu adam mənim iç səsimdi). İrəliləyən hissələrdə biz onun duyğu və hissləri mənasız bir şey olaraq adlandırmağına baxmayaraq, əslində özünün də hisslərinə yenik düşüb aşiq olmağını görürük. Əsərin sonu məni üzdü, istəyərdim sonda hər 2 dost ayrı-ayrı xoşbəxt olsunlar lakin Yevgeniyə bu qismət olmur. Cavan yaşında amansız ölüm onu həyatdan qoparır. "Bugün oturdum ölümü düşündüm, yirmi yaşında ve hayat bu kadar güzelken."