Aitan Muradova

Aitan Muradova
@Aiitenm
live laugh read
Interpreter
Baku
Baku, 27 Ocak
17 okur puanı
Nisan 2024 tarihinde katıldı

Aitan Muradova

, bir kitap okudu
9/10
·688 syf.·
21 günde okudu
·
Okunma: 02 Haziran 2024 23:01
·
2024 3. kitabı
Haruki Murakami
7.8/10 · 12,1bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
"Gözle görülmeyen, yalnızca belli bir alanda geçerli olan ve bunun dışında hiçbir hükmü olmayan bir kanun gerçek olabilir mi? Ferdinand, bak, gölün üzerinde uzanan şu gökyüzü nasıl da berrak; o renkler, insanı mutlu etmek için bak nasıl da bekliyor, gel buraya, pencereye yaklaş ve gitmek istediğini bir kez daha söyle bana..."
Sayfa 22
Stefan Zweig
Oxuyarkən çox əyləndiyim kitab<3
Puan vermedi
"Norveç Meşəsi"ni oxuyanlar 2 yerə bölünür: ya çox sevənlər ya da nifrət edənlər. Lakin deyə bilərdim ki, kitabda bir çox mövzuya toxunulub. Bu da hekayənin axışına kifayət qədər maraq qatır. Əsərimizin baş qəhramanı Vatanabedir. Hekayə bir təyyarə səyahətində Vatanabenin flashbackları ilə başlayır, o bizi özü ilə keçmişə aparır. Biz Vatanabenin tələbəlik illərinə qayıdırıq, bu hissənin işlənişi mənim çox xoşuma gələn məqamlardan biri idi. Murakami tələbəlik illərini həm nirvanada həm də ən dibdə təsvir etməyi bacarıb. Oxuyanda mən də 1,2-ci kurs zamanlarıma qayıtdım. Kitabımızda həmçinin intihar mövzusuna da toxunulub. Bildiyiniz kimi asiya ölkələrində intihar halları olduqca çox yaşanır. Vatanabenin yaxın dostu Kidzukinin müəmmalı ölümündən sonra hekayənin davamı başlayır. Əsərin davamı boyunca Vatanabenin Naokoya olan imkansız sevgisi üzərində digər hekayələr də davam edir. Kitabda ən sevdiyim personaj Miduri idi. İstəyərdim ki, paralel dünyada daha yaxşı həyat şəraitində mövcud olsun. Hekayəmizin axışını maraqlı edən digər faktorlardan biri isə arxa fonda davamlı olaraq mahnılardan bəhs edilməsi idi. Kitabı oxuyanda backgroundda qulaq asmaq çox əyləncəli oldu. Murakami kitabın adını məhz 'The Beatles'in 'Norwegian Wood' mahnısından götürüb. Ümumiyyətlə Murakaminin qələmini çox sevirəm. Murakami bir kültürdür. Ben Murakami kadınıyım. Sen seversin sevmezsin beni ilgilendirmez.
Haruki Murakami
Norveç MeşəsiHaruki Murakami · Qanun Nəşriyyatı · 202013,9bin okunma
Bu kitab sadəcə şedevrdir!
10/10
·1025 syf.··
2024 2. kitabı
Kitab Dostoyevskinin ölümündən 4 ay öncə tamamlanıb və yazıçının son əsəridir. Mənə görə isə ən sevdiyim 1-ci Dostoyevski əsəridir. Təəssüf ki, ölkəmizdə Dostoyevski yaradıcıllığı sadəcə "Cinayət və Cəza" ilə tanınır. 1000+ səhifə necə başladı necə bitdi heç bilmədim. Əsərdə 3 əsas baş qəhramanımız var- Dmitri, İvan, Aleksey+ Fyodor Karamazov. Xarakter baxımından olduqca zəngin olan bu əsərdə adları yadda saxlamaqda biraz   çətinlik çəkə bilərsiniz lakin bu insanı sıxmır. Dmitri Karamazov Fyodorun böyük oğludur və ilk həyat yoldaşındandır. İvan və Aleksey isə ikinci həyat yoldaşındandır. Fyodor nə yoldaşlarına nə də oğullarına qarşı məsuliyyətlərini heç vaxt yerinə yetirməyib nə də ki, oğullarına atalıq eləməyib. Mənəvi olaraq heç vaxt yanlarında olmur və bu gələcəkdə Dimitrinin başına problemlər açacaq. Some daddy issues... Biz ön planda daha çox Alekseyi görürük. Qardaşlarından olduqca zidd xarakter olsa da onlarla dil tapmağı bacarır. Eyni zamanda Fyodor Karamazovun qeyri-məşhur bir oğlu daha var. Əqli geri bir qadına təcavüzü nəticəsində dünyaya gələn uşaq böyüyür və evdə qulluqçu olaraq işləyir. Əsəri oxuduğum zaman bəzən özümü Dmitri bəzən İvan bəzənsə də Alyoşa kimi hissetdim. Həyatın fərqli məqamlarında hər personajdan çıxış edirik. Kitabı bitirdikdən sonra heç bir personajı günahlandıra bilmədim əməllərinə görə... Bir xarakterdən də bəhs etmək istəyirəm ki, mənim qəlbimi fəth etdi bütün. Balaca İlyuşeçka <3 Atasıyla olan dialoqlarını oxuduqda insan həyatın doğurdan da ədalətsiz olduğunu bir daha anlayır. Kiçik yaşına baxmayaraq böyük ürəyə sahib olan İlyuşa, sonda təəssüflər olsun ki, həyata gözlərini yumur. Əsərdə yalnız ailədaxili deyil, deyə bilərdim ki, dini və dünyəvi bütün mövzulara toxunulub. Anlayaraq oxumağınızı tövsiyyə edərdim. Oxuyun oxutdurun! :)
Dostoyevski
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202545,3bin okunma